M.Arrivabene: “Rəykkönen çempion kimi sürdü”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Rəykkönen Sinqapurda əsl çempion kimi sürüb...

F-1.az xatırladır ki, Rəykkönen 2007-ci ildə Ferrari-nin heyətində Dünya Çempionu olub və italyanların sonuncu çempionluq qazanmış sürücüsüdür.

Rəykkönen bu il daha yaxşı performans göstərir və Sinqapur yarışında Həmiltonu yaxından izləmişdi. Finlandiyalı sürücü tras üzərində Həmiltonu ötsə də, pit-stop zamanı britaniyalının gerisinə düşmüşdü.

Arrivabene Rəykköneni tərifləyib: “Kimi niyə çempion olduğunu bir daha nümayiş etdirdi. Həmilton səhv etsə də, onu keçə bildi və bu çox yaxşı idi. Arxanızdan biri təzyiq göstərən zaman səhv edərsiniz. Kimi bu mövzuda çox istedadlıdır. Sebastyan da əla yarışdı və düzgün strategiya ilə maksimum xal qazandıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*