N.Rosberq Ferrari-nin daha sürətli olduğunu təkid edir

Niko Rosberq Mercedes AMG-nin ilk yarışlardakı üstünlüyünə görə arxayınlaşmamalı olduğunu, Ferrari-nin indiyə qədər göründüyündən daha ciddi təhlükə olduğunu bildirir.

F-1.az xatırladır ki, mövsümə böyük ümidlərlə başlayan Ferrari komandası Rosberqin qalib gəldiyi ilk 3 yarışda istədiyi nəticələri əldə edə bilməyib.

Niko Rosberq: “Ferrari hələ də bütün gücünü göstərə bilməyib. Bir çox problem yaşadılar və onların bizə çox yaxın olduqlarını düşünürəm. Buna görə də var gücümüzlə irəliyə doğru addımlar atmağa çalışmalıyıq. Sıralanmalarda Ferrari sürücüləri səhvə yol verməsəydilər, mənim nəticəmə çox yaxın nəticələr göstərərdilər”.

Niko həm də son yarışda gözlənilmədən yaxşı nəticə əldə edən Red Bull komandası barədə danışıb: “Red Bull həftə sonunun sürprizi idi. Sıralanmada və yarışda bizə çox yaxın idilər. Amma Ferrari-dən fərqli olaraq, bizdən yarım saniyə geridə idilər. Böyük bir addım atıblar və bizim sahib olduğumuz qədər güclü motora sahib deyillər. Buna görə də əldə etdikləri nəticəni sürpriz hesab edirəm. Onlardan da ehtiyatlı olmalıyıq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*