Macarıstan-2022: Sıralanma turu

Sıralanma turu Hunqarorinqdə ən vacib sessiyadır - ötmələr hətta DRS ilə də çətindir, fərqli strategiya imkanları demək olar ki, yoxdur. Son 10 ildə 5 dəfə poulun sahibi yarışda qalib gəlib.

F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə Ferrari sürücüləri hamıdan sürətli olub. Bu gün isə yağışlı havada Nikolas Latifi protokollara başçılıq edib.

İlk sessiyada sürücülər yağış ehtimalına görə trasa çıxıb tez dövrə vurmaq üçün tələsiblər. Ferrari tıxaca görə ilk 5 dəqiqə ərzində sürücülərini boksda gözlədib. Ən yaxşı nəticəni Lyuis Həmilton göstərib – 1:18.374. Beşinci döngədə səhvə yol verərək vaxt itirən Qasli ilə yanaşı, Latifi, Fettel, Elbon və Tsunoda üçün sıralanma turu çox erkən başa çatıb.

İkinci Sessiyada əksər sürücülər işlənmiş Soft təkərlə ilk cəhdləri üçün trasa çıxıblar. Həmilton səhvə yol verərək boksa qayıdıb, Peresin nəticəsi isə beçinci döngədə trasdan çıxdığı üçün silinib. Ferstappen ilk cəhdində 1:17.703-lük nəticə ilə ən yaxşı dövrəni vurub, Alonso ona bir qədər uduzub. Lekler ikinci cəhdində Maksa çox yaxınlaşıb. Peres sürücülərin ona mane olduğunu bildirib və ilk onluqdan kənarda qalıb. Onunla yanaşı, Şumaxer, Stroll, Maqnussen və Çjou da son sessiyaya keçə bilməyib.

Son sessiyada Ferstappen, Lekler, Alonso və Sayns təzə, qalan sürücülər isə işlənmiş yumşaq təkərlərlə trasa çıxıblar. Sayns ilk cəhddə hamını üstələyib, Ferstappen isə səhvə yol verərək 7-ci olub. Niderlandlı sürücü ikinci cəhdində motorun güc itirməsindən şikayətlənib. Həmilton DRS probleminə görə cəhdindən imtina edib. Sayns nəticəsini yaxşılaşdırsa da, poul gözlənilmədən Corc Rassellə gedib – 1:17.377.

Corc Rassell karyerasında ilk poulunu əldə edib. Bu, həm də Mercedes üçün cari mövsümdə ilkdir. Sabah onun yanından Sayns start alacaq. İkinci cərgə Lekler və Norrisin, üçüncü cərgə isə Alpine sürücülərinindir. Ferstappen 10-cu yerdən tarışa başlayacaq…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 63 Corc Rassell Mercedes 2 1:18.407 10 7 1:18.154 7 1:17.377 6
2 55 Karlos Sayns Ferrari 3 1:18.434 8 4 1:17.946 8 1:17.421 6
3 16 Şarl Lekler Ferrari 8 1:18.806 8 2 1:17.768 8 1:17.567 6
4 4 Lando Norris McLaren 5 1:18.653 8 6 1:18.121 5 1:17.769 6
5 31 Esteban Okon Alpine 9 1:18.866 8 9 1:18.216 6 1:18.018 6
6 14 Fernando Alonso Alpine 6 1:18.716 8 3 1:17.904 3 1:18.078 6
7 44 Lyuis Həmilton Mercedes 1 1:18.374 10 5 1:18.035 6 1:18.142 5
8 77 Valtteri Bottas Alfa Romeo 10 1:18.935 8 10 1:18.445 6 1:18.157 6
9 3 Daniel Rikkardo McLaren 7 1:18.775 7 8 1:18.198 6 1:18.379 6
10 1 Maks Ferstappen Red Bull 4 1:18.509 10 1 1:17.703 6 1:18.823 5
11 11 Serxio Pers Red Bull 13 1:19.118 10 11 1:18.516 6
12 24 Quanyu Çjou Alfa Romeo 11 1:18.973 10 12 1:18.573 6
13 20 Kevin Maqnussen Haas 12 1:18.993 10 13 1:18.825 8
14 18 Ləns Stroll Aston Martin 15 1:19.205 10 14 1:19.137 6
15 47 Mik Şumaxer Haas 14 1:19.164 8 15 1:19.202 8
16 22 Yuki Tsunoda AlphaTauri 16 1:19.240 9
17 23 Aleksander Elbon Williams 17 1:19.256 10
18 5 Sebastyan Fettel Aston Martin 18 1:19.273 10
19 10 Pyer Qasli AlphaTauri 19 1:19.527 9
20 6 Nikolas Latifi Williams 20 1:19.570 10
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*