Rassell İmola yarışından gözləntilərini bölüşüb

Mercedes-in britaniyalı gənc sürücüsü Emiliya Romanya Qran Prisində irəliyə doğru addım gözləyir.

F-1.az xəbər verir ki, Corcun fikrində növbəti yarışda inkişaf özünü göstərəcək, lakin bu, liderlərlə aradakı böyük fərqin tam əriyəcəyi mənasını vermir.

Corc Rassell: “İmoladakı yarışdan böyük gözləntilərimiz var, lakin Mayamidə liderlərdən 30 saniyə, Alonsodan isə bir qədər geridə qaldıq. İtaliyadakı mərhələ mütləq bizim üçün irəliyə doğru bir addım olacaq, lakin çətin ki, vəziyyəti döndərə bilək. İndi maşın gözləntilərimizin tamamilə əksinə performans göstərir və harada özünü necə aparacağı naməlumdur. Lakin ümid edirəm ki, növbəti yarışda o, hədəflərimizi üstələyəcək”.

Xatırladaq ki, Mercedes növbəti yarışa yeniliklər paketi planlaşdırıb. Yaırş gələn həftəsonu baş tutacaq. Komanda ilk 5 yarışda 96 xal toplayaraq Mühəndislər Kubokunda üçüncü yerdədir və yalnız bir dəfə podiuma yüksəlib – Lyuis Həmiltonun Melburndakı ikinciliyi cari mövsümdə Mercedes üçün hələ ki, ən yaxşı nəticədir. Lyuis sürücülər çempionatında 56 xalla beşinci, Corc isə 40 xalla yeddincidir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*