Mercedes yenidən gümüşü rəngə qayıdır?

Bild qəzetinin verdiyi xəbərə əsasən Mercedes gələn ildən etibatən yenidən gümüşü rəngə boyana bilər.

F-1.az xatırladır ki, Mercedes idmana gümüşü rənglə qayıtmışdı. Amma Alman komandası 2020-ci ildə Black Lives Matter hərəkatına dəstək olmaq üçün rəng çalarını qaraya dəyişdirdi. Bu hal 2021-ci ildə də davam elədi.

Ancaq 2022-ci ildə idmana yeni texniki reqlament gəlir. Peletonda tamamilə fərqli maşınlar olacaq. Mercedes də artıq əsas rəngi olan gümüşüyə qayıtmağı düşünür. Əslində bu iddia çoxdan olsa da, Bild qəzeti bunu Mercedes-dəki resurslara istinafən yayıb.

Mercedes son dəfə gümüşü rənglə 2020-ci ilin qış testlərində çıxış edib. Yeni bolidin rəngi indidən hamıda maraq oyandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*