A.Kosta: “Ferrari-yə qayıtmayacam”

Mercedes komandasının konstruktoru Aldo Kosta bildirib ki, əvvəlki komandası Ferrari-yə qayıtmayacaq..

F-1.az xatırladır ki, italyan mətbuatı bu il uğursuz mövsüm keçirdən Ferrari-nin Aldo Kosta ilə maraqlandığını yazmışdı. Xəbərdə yazılmışdı ki, “qırmızılar” Kostanı yayda komandadan ayrılan Əllisonun yerinə gətirmək istəyirlər.

Bəzi söz-söhbətlərə görə, Mercedes-in texniki direktoru Pəddi Lou da Ferrari-yə keçə bilər və Lounu isə Ferrari-dən ayrılan Əllison əvəz edə bilər.

Aldo Kosta: “Mercedes-də özümü yaxşı hiss edirəm. Bura mənim evim kimidir. Məni cəlb edən başqa bir yer yoxdur. Burada xoşbəxtəm”.

Qeyd edək ki, Aldo Kosta 2011-ci ildə Ferrari-dən ayrılaraq, Mercedes-ə transfer olunmuşdu…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*