17 Sentyabr 2019, Çərşənbə axşamı - 14:41

Aldo Kosta Mercedes-dən ayrılır

Aldo Kosta Mercedes-dən ayrılır

Müəllif: Rauf Hacıyev, redaktor

18:12 - 06 Sentyabr, 2019

Mercedes komandası bu gün verdiyi açıqlamada bildirib ki, Aldo Kosta ilə yollarını ayıracaqlar.

F-1.az xatırladır ki, keçən ilə qədər Mercedes-də baş mühəndis olan Aldo bu ildən məsləhətçi kimi işləyirdi.

Qeyd edək ki, 1988-ci ildə Minardi ilə idmana gələn Aldo Kosta Ferrari ilə 8, Mercedes ilə 5 titul qazanaraq, Formula1 tarixinin ən titullu mühəndisi statusuna yiyələnib.

İtaliyalı mütəxəssis Mercedes-dən ayrıldıqdan sonra Dallara Automobil SpA-nın texniki direktoru olacaq. Beləliklə, Kosta ailəsi ilə daha çox vaxt keçirə biləcək.

Aldo Kosta: “Baş mühəndislik vəzifəsindən gedəndən sonra komandaya dəstək verdim və bundan həzz aldım. Formula1-dən sonrakı iş yerimi araşdırdım. Mercedes-dəki dostlarıma təşəkkür edirəm. Komandanın bir parçası olmaq çox gözəl idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər ,
Paylaş

logo