S.Fettel əsəbidir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel sıralanma turundan sonra çox əsəbiləşib.

F-1.az xatırladır ki, almaniyalı sürücü yeni komandasındakı ilk sıralanma turubda 18-ci olaraq hamını təəccübləndirib. Son cəhdində sarı bayraqlara görə ləngiyən dördqat Dünya Çempionu gənc Ləns Strolldan geridə qalıb.

Sebastyan Fettel: “Sarı bayraqlar sallandı və əlimdən heç nə gəlmirdi. Son sektorda təkərləri qızdırarkən hər şey qarışdı. Dövrəmə başlayanda sessiyanın bitməsinə çox az
vaxt qalmışdı. Daha sonra iki dəfə sarı bayraq çıxdı və əlimdən heç nə gəlmirdi.

Ləns hazırda 11-cidir və mən də orada ola bilərdim. Sərbəst yürüşlərdə də işlər yaxşı getmədi. Sərbəst yürüşlərdə maşın zəif idi. Sıralanma turunda özümü daha yaxşı hiss etsəm də, təmiz dövrə vura bilmədim. Hazırda istəmədiyimiz yerdəyik. Hələ də bolidə öyrəşirəm və onu sürməyi öyrənirəm. Bizi çətin yarış gözləsə də, əlimdən gələni edəcəm. Məyus olmaqdan bir şey çıxmaz. Çox əsəbiyəm. Yarış üçün strategiya qurmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*