Bəhreyn, 12.03.2021

Bəhreyndə mövsümöncəsi testlərin keçirilməsi məsələsi gündəmə gəldikdə, hava şəraiti və qum fırtınaları haqda narahatlıqlarını dilə gətirənlər var idi, lakin bu ehtimal Avropadakı yağışlı havadan daha az idi.

F-1.az bildirir ki, bu il test günlərinin sayı üçə endirilib. Buna görə də, ilk test günündə səhər güclü külək əssə də, komandalar proqramları üzrə işləyiblər. Külək yalnız axşama doğru zəifləyib, lakin trasdakı qum və toz sürücülərə ciddi maneə törədib.

Tsunoda, Mazepin və Şumaxer ilk dəfə əsas sürücü qismində testlərdə iştirak ediblər. Yalnız Williams komandası ehtiyat sürücünün – Roy Nissaninin köməyindən istifadə edib.

Testlər Mercedes üçün ənənəvi olmayan bir halla başlayıb – çempion komanda elə ilk gündən ciddi problemlə qarşılaşıb. Ötürmələr qutusunda nasazlıq aşkarlanan Bottas boksa çağırılıb və onun maşını üzərində görülən işlər 3 saat vaxt aparıb. Günün ikinci hissəsi sükan arxasına keçməli olan Həmilton da 1 saat vaxt itirməli olub. Beləliklə, Mercedes son illərdə ilk dəfə testlərin birinci günündə qət edilən məsafəyə görə lider ola bilməyib, hətta sonuncu olub.

AlphaTauri üçün sessiya yanacaq sistemindəki problemə görə vaxtından əvvəl başa çatıb. Haas komandası səhər nasaz ötürmələr qutusunu dəyişdirməli olduğu üçün Mik cəmi 15 dövrə vura bilib, günün ikinci hissəsi maşını ondan təhvil alan Nikita isə proqramın çox hissəsini yerinə yetirə bilib. Lakin maşın keçənilki ön qanad və mühərrik qapağı ilə təchiz olunub – yeni detallar ilk yarışa hazır olacaq.

Digər komandalar üçün isə testlərin ilk gününü qənaətbəxş hesab etmək olar. Əksər komanda lazımi məsafəni qət edə bilib. Motor tədarükçüsünü dəyişdirən McLaren üçün soyutma sistemlərində problem yaşana bilərdi, lakin belə hal olmayıb. Rikkardo nahara qədərki ən yaxşı nəticəni göstərib, sonra isə Norris kifayət qədər sürətli olub.

Bugünkü testlər yalnız bir dəfə qırmızı bayraqlarla dayandırılıb, buna səbəb Leklerin güc qurğusudndakı problemlərə görə maşını saxlaması olub. Günün ən sürətli dövrəsini Maks Ferstappen vurub – 1:30.674. Ən çox məsafə qət edən komanda da Red Bull olub – 139 dövrə.

Testlər sabah davam edəcək və bugünkü ilə müqayisədə, daha əlverişli hava şəraiti vəd edilir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 33 Maks Ferstappen Red Bull 1:30.674 139 С3
2 4 Lando Norris McLaren 1:30.889 + 0:00.215 46 С3
3 31 Esteban Okon Alpine 1:31.146 + 0:00.472 128 С4
4 18 Ləns Stroll Aston Martin 1:31.782 + 0:01.108 46 PR
5 55 Karlos Sayns Ferrari 1:31.919 + 0:01.245 57 С3
6 99 Antonio Covinatsi Alfa Romeo 1:31.945 + 0:01.271 68 С3
7 3 Daniel Rikkardo McLaren 1:32.203 + 0:01.529 45 С2
8 10 Pyer Qasli AlphaTauri 1:32.231 + 0:01.557 74 С3
9 22 Yuki Tsunoda AlphaTauri 1:32.727 + 0:02.053 37 С2
10 44 Lyuis Həmilton Mercedes AMG 1:32.912 + 0:02.238 42 С2
11 16 Şarl Lekler Ferrari 1:33.242 + 0:02.568 59 С3
12 7 Kimi Rəykkönen Alfa Romeo 1:33.320 + 0:02.646 63 С3
13 5 Sebastyan Fettel Aston Martin 1:33.742 + 0:03.068 51 PR
14 45 Roy Nissani Williams 1:34.789 + 0:04.115 83 С3
15 9 Nikita Mazepin Haas 1:34.798 + 0:04.124 70 С3
16 47 Mik Şumaxer Haas 1:36.127 + 0:05.453 15 С2
17 77 Valtteri Bottas Mercedes AMG 1:36.850 + 0:06.176 6 С2
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*