Ş.Lekler ilk xallarını uğurlu trasında almaq istəyir

Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, Bəhreyn yarışından əvvəl həyəcanlıdır.

F-1.az xatırladır ki, monakolu sürücü keçən il Formula2-də Bəhreyn yarışında qalib olmuşdu.

Şarl Lekler: “Avstraliyada Formula1 karyeramın ilk yarışına çıxdım və Bəhreyn yarışı üçün həyəcanlıyam. Daha əvvəl burada yarışıb qalib gəlmişdim. Buna görə də mənim üçün xüsusi həftəsonu olacaq. Çox yaxşı tanıdığım trasda uğurlu nəticə qazanmaq istəyirəm. Hava isti olduğu üçün təkərlərə yaxşı nəzarət etməliyik. Burada fərqli strategiyalar ola bilər. Biz də komanda olaraq inkişaf etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*