Macarıstan Qran Prisi: Yarış

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +47° C Bu il Hunqarorinq Formula1-in 30-cu yarışını qəbul edib. Maraqlıdır ki, […]

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +47° C

Bu il Hunqarorinq Formula1-in 30-cu yarışını qəbul edib. Maraqlıdır ki, hər il bu trasdan narazı olsalar da, təqvimdə artıq yer tutduğunu desələr də, son illər məhz bu trasda ən maraqlı yarışlar baş tutur.

Adətən yayın ən isti günlərinə təasdüf edən yarışın həlledici faktorları isə dəyişməz qalır – dar tras, kələ-kötür asfalt örtüyü, havanın və asfaltın yüksək hərarəti bu dəfə də ilk günlərdə komanda və sürücülərə çətinliklər yaşadıblar. Amma bazar günü hava bir qədər sərinləyib – dünənlə müqayisədə termometrin şkalası 10 dərəcə aşağıda dayanıb, ona görə də komandalar sazlanmalara düzəlişlər etməli olublar. Əlbəttə, həmişə olduğu kimi hər şey sıralanma turundan, uğurlu startdan və effektiv strategiyadan asılı idi.

Həm cümə günü, həm şənbə günü bütün sessiyaların protokollarına Lyuis Həmilton başçılıq edib – britaniyalı sürücü mövsümdə 9-cu, bu trasda isə 5-ci poulunu qazanıb. Niko Rosberq isə bu dəfə komanda yoldaşına kifayət qədər çox uduzub, ikinci cərgədə isə Fettel və Rikkardo yer alıblar.

Pirelli komandalara orta təkər cütleye təqdime dib – Medium və Soft: cümə və şənbə günləri sürücülər Medium tərkibindən narazı qalıblar və onu bu tras üçün çox bərk hesab ediblər. Soft tərkibinə bir dövrədə bərk təkərlər 2 saniyə uduzublar, ona görə də hətta top-komandalar sıralanma turunun ilk sessiyasında yumşaq təkərlərdən istifadə ediblər. Bazar günü hava bir qədər sərin olduğu üçün tərkiblər arasında sürət fərqi azalıb, amma komandalar yarışın gedişində Medium-dan istifadəni minimuma endirməyə çalışıblar.

Bir neçə gün əvvəl Formula1 sürücülər Fransaya Jül Byankinin dəfninə getmişdilər. Ona görə də maşınların üzərində və dəbilqələrində Jülə həsr olunmuş yazılar var idi. Byankinin ailəsi Hunqarorinqə gəlib, yarışın startından əvvəl sürücülərlə birlikdə sükut dəqiqəsində iştirak edib.

Startda məlum olub ki, yalnız Maldonado Medium tərkibini seçib, digər sürücülər isə Soft-a üstünlük veriblər. İlk cəhddən yarışa start vermək alınmayıb – Felipe Massa start düzlüyündə maşınını düzgün yerləşdirməyib və buna görə də 5 saniyəlik cərimə alıb, peleton isə daha bir qızdırma dövrəsinə yollanıb. Həmiltonun startı uğursuz olub, Fettel ilk döngəyə birinci daxil olub. Rəykkönen və Rosberq ikincilik uğrunda mübarizə aparıblar və Kimi irəli çıxıb. Rikkardo bir neçə yer itirib və Bottasla təmas yaşayıb. Həmilton Rosberqlə mübarizədə 6-cı döngədə səhvə yol verib və çınqıllı zonaya səyahət edib, trasa isə 10-cu yerdə qayıdıb. 2-ci dövrənin sonunda ilk onluq: Fettel – Rəykkönen – Rosberq – Bottas – Kvyat – Hülkenberq – Rikkardo – Peres – Massa – Həmilton.

İlk döngələrdə təkərini bloka salmış Kvyat mühəndisinə güclü vibrasiyadan şikayət edib və mühəndis ondan Rikkardonu ləngitməməyi xahiş edib. Təkrar xahişdən sonra 8-ci dövrədə rusiyalı sürücü komanda yoldaşını irəli buraxıb. 10-cu dövrədə Həmilton Massanı qabaqlayıb – sıx mübarizədə kiçik təmas da yaşanıb, bir qədər irəlidə isə Rikkardo Hülkenberqi üstələyib. 12-ci dövrənin sonunda ilk onluq: Fettel – Rəykkönen – Rosberq – Bottas – Rikkardo – Hülkenberq – Kvyat – Peres – Həmilton – Massa.

13-cü dövrədə Həmilton Peresi keçərək 8-ci yerə, Rikkardo isə Bottası üstələyərək 4-cü yerə çyüksəlib. 14-cü dövrədə planlı pit-stoplar başlayıb: Kvyat və Bottas təkər dəyişən ilk sürücülər olublar. Bir dövrə sonra Massa, Ferstappen, Batton, Qrojan və Nasr da mexaniklərinə qonaq olublar.

Ferrari sürücüləri əla tempdə davam ediblər, 15-ci dövrədə Rosberq yarışın liderinə artıq 8 saniyə uduzub. 16-cı dövrədə Sayns, Alonso və Hülkenberq, 17-ci dövrədə isə Peres və Erikson təkərlərini yeniləyiblər. Kvyat Maldonadonu üstələyib. Bundan sonra Maldonado və Peres təkər-təkərə mübarizə zamanı təmas yaşanıb, Serxio trasdan çıxsa da, hər iki sürücü mübarizəni davam etdirib.

20-ci dövrədə Həmilton pit-stopa yollanıb. Bu zaman Lotus komandasının hər iki sürücüsünə cərimə elan olunub: Qrojan boksu təhlükəli tərk etdiyinə görə 5 saniyəlik cərimə ilə, Maldonado isə Pereslə insidentə görə pit-leyndən keçməklə cəzalanıblar.

21-ci dövrədə Rosberq, 22-ci dövrədə Fettel və Rikkardo, 23-cü dövrədə isə Rəykkönen ilk pit-stoplarını gerçəkləşdiriblər. 25-ci dövrənin sonunda ilk onluq: Fettel – Rəykkönen – Rosberq – Rikkardo – Həmilton – Bottas – Hülkenberq – Kvyat – Ferstappen – Alonso.

29-cu dövrədə Həmilton Rikkardonu keçərək Rosberqin təqibinə başlayıb – komanda yoldaşları arasında fərq 16 saniyə olsa da, onlar fərqli strategiyada idilər: Niko Lyuisdən fərqli olaraq Medium-a keçmidşi, ona görə də Lyuis fərqi sürətlə azaldıb.

30-cu dövrədə Massa 2-ci dəfə boksa üz tutub, növbəti dövrədə Peres də boksa yollanıb. Н34-cü dövrədə Nasr, 35-ci dövrədə Kvyat, Erikson və Qrojan, 36-cı dövrədə Batton, 37-ci dövrədə Hülkenberq, Alonso və Sayns, 39-cu dövrədə Ferstappen və Bottas yeni təkər dəstinə keçiblər.

41-ci dövrədə Rəykkönen motorun gücünün azalmasından gileylənib – MGU-K problemləri üzündən finlandiyalı sürücü düzlükdə 2-3 saniyə itirməyə başlayıb. 43-cü dövrədə Niko Hülkenberq trasdan çıxaraq baryerlərə çırpılıb – start-finiş düzlüyündə almaniyalı sürücünün maşınında ön antiqanad qırılıb və maşının altına düşüb. Trasda virtual təhlükəsizlik maşını (VTM) rejimi elan olunub. Rosberq, Həmilton, Peres, Maldonado, Erikson, Rikkardo dərhal boksa yönəliblər, növbəti dövrədə isə Fettel, Rəykkönen, Qrojan və Stivens də boksa baş çəkiblər.

Bundan sonra real Təhlükəsizlik Maşını (TM) trasa çıxıb – start-finiş düzlüyündən qırıntıları təmizləmək lazım olub. Kvyat və Alonso da yeni təkər almaq üçün boksa yollanıblar. Bernd Maylander peletonu pit-leyndən keçirməklə yarışa davam ediblər. TM-in arxasında ilk onluq: Fettel – Rəykkönen – Rosberq – Həmilton – Rikkardo – Bottas – Ferstappen – Kvyat – Sayns – Batton.

49-cu dövrədə restart elan olunub. Rosberq dərhal Rəykköneni qabaqlayıb, Rikkardo Həmiltona hücum edib – maşınlar arasında təmas yaşanıb, fürsətdən istifadə edən Kvyat Həmiltonu keçib, Ferstappenlə təmas yaşayan Bottasın maşınında da təkər deşilib. 51-ci dövrədə Rikkardo Rəykköneni keçərək 3-cü yerə yüksəlib. 52-ci dövrədə Həmilton boksa üz tutub – təkərlərini və ön antiqanadı dəyişən britaniyalı sürücü trasa 13-cü yerdə qayıdıb. Sayns Alonsonu keçərək 8-ci yerə yüksəlib.

53-cü dövrədə Rəykkönen boksda dayanıb, motoru söndürüv, proqram təminatına restart verilib, motor yenidən işə salınıb və sürücü trasa qayıdıb, amma MGU-K problemi həll olunmayıb. Həmilton bu zaman Rikkardo ilə insidentə görə pit-leyndən keçmək cəzası alıb. 54-cü dövrənin sonunda ilk onluq: Fettel – Rosberq – Rikkardo – Kvyat – Ferstappen – Sayns – Alonso – Batton – Massa – Qrojan.

55-ci dövrədə Massa yeni təkərlər alıb, Həmilton cəzasını çəkib, Peres isə boksda dabayanaraq mübarizədən kənar qalıb. Ferstappen və Maldonado pit-leyndə sürət həddini aşdıqları üçün pit-leyndən keçməklə cəzalanıblar. 56-cə dövrədə isə Rəykkönen mübarizəni dayandırıb. Qrojan Battonu keçib, onların hər ikisi isə Saynsı qabaqlayıblar. Həmilton Nasrı keçərək 10-cu yerə qalxıb. Sayns isə boksda mübarizəni dayandırıb. 62-ci dövrənin sonunda ilk onluq: Fettel – Rosberq – Rikkardo – Kvyat – Ferstappen – Alonso – Qrojan – Batton – Erikson – Həmilton.

İlk üçlük sıx qrupda irəliləyib, finişə 6 dörə qalmış 3 sürücü 2 saniyəyə yerləşib. Podiumun taleyi son dövrələrdə həll olunub. 64-cü dövrədə Rikkardo Rosberqə hücum edib – birinci döngənin girişində əyləci gec basmaqla döngəyə geniş daxil olub, artıq döngədən çıxmaqda olan Rosberq isə düz onun qarşısına yol alıb – təmas yaşanıb: Danielin maşınında ön antiqanad dağılıb, Nikonun maşınında isə arxa təkər partlayıb. Hər iki sürücü boksa yollanmalı olub, Niko daha çox vaxt itirib və trasa 9-cu qayıdıb, Rikkardo isə yalnız komanda yoldaşını irəli buraxıb.

Kvyat Həmiltonu trasdan kənar ötdüyü üçün 10 saniyəlik cərimə alıb. Maldonadoya isə günün 3-cü cəriməsi gəlib – TM-in arxasında ötməyə görə 10 saniyəlik cərimə. 67-ci dövrədə Həmilton Qrojanı üstələyərək 6-cı yerə yüksəlib.

Sebastyan Fettel mövsümdə 2-ci və karyerasında isə 41-ci qələbəsini qazanıb. Daniil Kvyat karyerasında ilk dəfə podiuma qalxıb, onun komanda yoldaşı Rikkardo isə podiumu tamamlayıb.

Maks Ferstappen də karyerasında ən yüksək nəticə göstərərk yarışı 4-cü yerdə başa vurub. Mövsümdə ilk dəfə hər iki McLaren sürücüsü xal qazanıb.

Lyuis Həmilton çempionatda mövqeyini möhkəmlədib – Rosberqlə fərq artıq 21 xal olub.

Podiumda sürücülər öz çıxışlarını Jül Byankinin xatirəsinə həsr etdiklərini bildiriblər. Macarıstan Qran Prisi çox maraqlı alınıb və mövsümün ilk yarısına effektiv nöqtə qoyub. Bizi isə biraylıq yay tətili gözləyir. F-1.az xatırladır ki, mübarizə əfsanəvi Spa trasında davam edəcək…

Yer Pilot Komanda Motor Vaxt
01 S.Fettel Ferrari Ferrari 1:46:09.985
02 D.Kvyat * Red Bull Renault + 0:15.700
03 D.Rikkardo Red Bull Renault + 0:25.084
04 M.Ferstappen Toro Rosso Renault + 0:44.251
05 F.Alonso McLaren Honda + 0:49.079
06 L.Həmilton Mercedes AMG Mercedes + 0:52.025
07 R.Qrojan Lotus Mercedes + 0:58.578
08 N.Rosberq Mercedes AMG Mercedes + 0:58.876
09 C.Batton McLaren Honda + 1:07.028
10 M.Erikson Sauber Ferrari + 1:09.130
11 F.Nasr Sauber Ferrari + 1:13.458
12 F.Massa Williams Mercedes + 1:14.278
13 V.Bottas Williams Mercedes + 1:20.228
14 P.Maldonado ** Lotus Mercedes + 1:25.142
15 R.Merhi Manor Ferrari + 2 dövrə
16 U.Stivens Manor Ferrari + 4 dövrə
K.Sayns Toro Rosso Renault
K.Rəykkönen Ferrari Ferrari
S.Peres Force İndia Mercedes
N.Hülkenberq Force İndia Mercedes

Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:24.821 (68-ci dövrə).

Qeyd: * – Daniil Kvyatın son nəticəsinə 10 saniyə əlavə olunub – trasdan kənar ötməyə görə

** – Pastor Maldonadonun son nəticəsinə 10 saniyə əlavə olunub – TM-in araxsında ötməyə görə

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 L.Həmilton Mercedes AMG Mercedes 202
02 N.Rosberq Mercedes AMG Mercedes 181
03 S.Fettel Ferrari Ferrari 160
04 V.Bottas Williams Mercedes 77
05 K.Rəykkönen Ferrari Ferrari 76
06 F.Massa Williams Mercedes 74
07 D.Rikkardo Red Bull Renault 51
08 D.Kvyat Red Bull Renault 45
09 N.Hülkenberq Force İndia Mercedes 24
10 R.Qrojan Lotus Mercedes 23
11 M.Ferstappen Toro Rosso Renault 22
12 F.Nasr Sauber Ferrari 16
13 S.Peres Force İndia Mercedes 15
14 P.Maldonado Lotus Mercedes 12
15 F.Alonso McLaren Honda 11
16 K.Sayns Toro Rosso Renault 09
17 C.Batton McLaren Honda 06
18 M.Erikson Sauber Ferrari 06
19 R.Merhi Manor Ferrari 0
20 U.Stivens Manor Ferrari 0
21 K.Maqnussen McLaren Honda 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Mercedes AMG Mercedes 383
02 Ferrari Ferrari 236
03 Williams Mercedes 151
04 Red Bull Renault 96
05 Force İndia Mercedes 39
06 Lotus Mercedes 35
07 Toro Rosso Renault 31
08 Sauber Ferrari 22
09 McLaren Honda 17
10 Manor Ferrari 0
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Macarıstan Qran Prisi: Yarış

Quru. Günəşli. Havanın temperaturu +35° C, trasın temperaturu +50° C Macarıstan mərhələsi mövsümün birinci yarısına yekun vurub. Adətən bu yarışa […]

Quru. Günəşli. Havanın temperaturu +35° C, trasın temperaturu +50° C

Macarıstan mərhələsi mövsümün birinci yarısına yekun vurub. Adətən bu yarışa qədər çempionatda vəziyyət stabilləşir, amma 2013-cü ildə Pirelli şirkəti çempionatın gedişində təkərləri dəyişməklə vəziyyətə rəngarənglik qatıb. Silverstounda çoxsaylı təkər partlamalarından sonra Pirelli 2013-cü ilin tərkibini saxlamaqla təkərləri 2012-ci ilin konstruksiyasına qaytarıb.

Yeni təkərlər məhz Hunqarorinqdə debüt edib. Yarışın daha bir həlledici faktoru isə isti hava olub. Bazar günü yarış həftəsonusunun ən isti havası olub – hələ səhər termometrlər +30 dərəcəni göstərəndə, komandalar strageji seçim etməli olublar. Amma yarışın gedişində isti asfalt üzərində təkərlərin yeyilməsini qiymətləndirən komandalar strategiyalarında da dəyişiklik etməli olublar. Xatırladaq ki, Macarsıtandan başlayaraq pit-leyndə sürət məhdudiyyətinin 100 km/saatdan 80 km/saatadək azaldılması da strategiya seçiminə ciddi təsir göstərib.

Şənbə günü Lyuis Həmilton poul qazanıb – karyerasında 30-cu olan bu poul mövsümdə 4-cü olub. Onunla yanaşı 1-ci start cərgəsini Sebastyan Fettel bölüşüb. İkinci cərgədə Qrojan və Rosberq, 3-cü cərgədə Alonso və Rəykkönen dayanıblar.

Peres, Uebber, Sutil, Batton, Qutyerres, Byanki və Çilton starta Medium təkərlərlə çıxıblar, digər sürücülər Soft-a üstünlük veriblər.

Startda Həmilton liderliyini saxlayıb, Qrojanın hücumunu dəf edən Fettel də yerində qalıb, Rosberq və Massa təmas yaşayıblar və Niko bir neçə mövqe itirib. 2-ci dövrənin sonunda ilk onluq: Həmilton – Fettel – Qrojan – Alonso – Massa – Rəykkönen – Uebber – Batton – Rikkardo – Peres.

İlk üçlük sürətlə peletondan uzaqlaşmağa başlayıb – Alonso hər dövrədə üçlüyə bir saniyə uduzub və 5-ci dövrədə Həmiltonun ispaniyalı sürücü üzərində üstünülüyü 7.5 saniyəyə çatıb. Peleton bir neçə qruplara bölünüb, amma trasda ötmələr mümkün olmayıb.

9-cu dövrədə Həmilton, Maldonado və di Resta pit-stoplar dalğasına start veriblər, 10-cu dövrədə Rosberq, Rikkardo və Bottas, 11-ci dövrədə Fettel və Massa, 12-ci dövrədə Alonso, 13-cü dövrədə Qrojan və Rəykkönen boksa baş çəkiblər. Liderlər arasında yerdəyişmə olmayıb. Trasa hələ pit-stop keçirməmiş Battonun arxasında qayıdan Həmilton onu keçə bilib, amma Fettel uzun müddət britaniyalı sürücünün arxasında ilişib qalıb.

Mühəndilər Sebastyandan xahiş ediblər ki, motorun daha yaxşı soyumasını təmin etmək üçün Battonun maşınına çox yaxınlaşmasın. Qrojan Fetteli keçməyə bir neçə cəhd edib, arxadan Alonso bu cütlüyə yaxınlaşıb – Həmilton isə fürsətdən istifadə edərək bu cütlükdən uzaqlaşıb.

19-cu dövrədə Sutil maşınını boksda saxlayıb – almaniyalı sürücünün yubiley yarışı hidravlik problemlər üzündən yarımçıq başa çatıb.

23-cü dövrədə Uebber ilk pit-stopunu reallaşdırıb və trasa Alonsonun arxasında qayıdıb. Bu zaman Fettelin Battona hücumu uğurla nəticələnib, Qrojan da britaniyalı sürücünü keçməyə cəhd edib, amma maşınlar arasında təmas baş verib və hər iki sürücü boksa təkər dəyişməyə yollanıblar. 25-ci dövrədə ilk onluq: Həmilton – Fettel – Alonso – Uebber – Rəykkönen – Massa – Qrojan (2 pit-stop) – Batton – Rosberq – Maldonado.

28-ci dövrədə Qrojan Massanı keçərkən bütün təkərlərlə trasdan çıxıb və buna görə də pit-leyndən keçmək cəzası alıb. Bu zaman Maldonado boksa yollanıb, Qutyerres isə yarışı dayandırıb. 29-cu dövrədə Rosberq yeni təkərlərə keçib, Batton isə Massanı qabaqlayaraq 7-ci yerə yüksəlib.

31-ci dövrədə Həmilton və Massa mexaniklərinə qonaq olublar. Lyuis trasa Alonso və Uebberin arxasında qayıdıb, 3 dövrə sonra Markı keçib, növbəti dövrədə isə Fernando yeni təkər dalınca boksa yollanıb. Yarışın lideri Fettel də pit-stopunu gerçəkləşdirib.

35-ci dövrədə pit-stop keçirən Hülkenberq pit-leyndə sürət limitini aşdığı üçün pit-leyndən keçmək cəzası alıb. 36-cı dövrədə Fettel Battonu qabaqlayaraq 5-ci yerə yüksəlib və Batton Soft təkərlərlə qısa hissədən sonra boksa gedərək Medium-a keçib. 39-cu dövrədə Rikkardo, 42-ci dövrədə Rəykkönen, 43-cü dövrədə isə Uebber pit-stop keçiriblər. 44-cü dövrədə ilk onluq: Həmilton – Fettel – Uebber – Alonso – Qrojan – Rəykkönen – Batton – Massa – Rosberq – Maldonado.

45-ci dövrədə Bottasın maşınında motor problemi yaranıb. 47-ci dövrədə Qrojan, 48-ci dövrədə Alonso, Massa və Rosberq boksa baş çəkiblər. 49-cu dövrədə Qrojan Battonu qabaqlayaraq 6-cı yerə yüksəlib.

50-ci dövrədə Həmilton sonuncu dəfə pit-stop keçirib, britaniyalı sürücü trasa Uebberin arxasında qayıdıb və vaxt itirmədən onu qabaqlayıb. 51-ci dövrədə Maldonado, 55-ci dövrədə Fettel, 59-cu dövrədə Uebber son pit-stoplarını reallaşdırıblar. Soft təkərlərlə trasa qayıdan Uebber böyük templə ilk üçlüyə çatmağa can atıb.

64-cü dövrədə Niko Rosberqin maşınında motor imtina edib.

Lyuis Həmilton mövsümdə ilk, karyerasında isə 22-ci qələbəsini qazanıb – bu qələbə britaniyalı sürücü üçün Hunqarorinqdə 4-cü olub. Kimi Rəykkönen rəqiblərindən 1 pit-stop az keçirməklə son dövrələrdə Sebastyan Fettelin hücumlarına tab gətirib və daha bir ikinci yer qazanıb. Çempionatın lideri isə yarışı 3-cü yerdə başa vurub.

Pastor Maldonado Williams komandası üçün mövsümdə ilk xalı qazanıb. Qarşıda isə yay tətili gəlir, dörd həftədən sonra Spada görüşərik!

Yer Pilot Komanda Motor Vaxt
01 L.Həmilton Mercedes AMG Mercedes 1:42:29.445
02 K.Rəykkönen Lotus Renault + 0:10.298
03 S.Fettel Red Bull Renault + 0:12.459
04 M.Uebber Red Bull Renault + 0:18.044
05 F.Alonso Ferrari Ferrari + 0:31.411
06 R.Qrojan (*) Lotus Renault + 0:52.293
07 C.Batton McLaren Mercedes + 0:53.819
08 F.Massa Ferrari Ferrari + 0:56.447
09 S.Peres McLaren Mercedes + 1 dövrə
10 P.Maldonado Williams Renault + 1 dövrə
11 N.Hülkenberq Sauber Ferrari + 1 dövrə
12 J.E.Vern Toro Rosso Ferrari + 1 dövrə
13 D.Rikkardo Toro Rosso Ferrari + 1 dövrə
14 Q.van der Qarde Caterham Renault + 2 dövrə
15 Ş.Pik Caterham Renault + 2 dövrə
16 J.Byanki Marussia Cosworth + 3 dövrə
17 M.Çilton Marussia Cosworth + 3 dövrə
18 P.di Resta Force İndia Mercedes + 4 dövrə
19 N.Rosberq Mercedes AMG Mercedes + 6 dövrə
V.Bottas Williams Renault
E.Qutyerres Sauber Ferrari
A.Sutil Force İndia Mercedes

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:24.069 (61-ci dövrə).

Qeyd: (*) – Censon Battonla toqquşmaya görə Roman Qrojanın yekun nəticəsinin üzərinə 20 saniyə əlavə olunub.

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 172
02 K.Rəykkönen Lotus Renault 134
03 F.Alonso Ferrari Ferrari 133
04 L.Həmilton Mercedes AMG Mercedes 124
05 M.Uebber Red Bull Renault 105
06 N.Rosberq Mercedes AMG Mercedes 84
07 F.Massa Ferrari Ferrari 61
08 R.Qrojan Lotus Renault 49
09 C.Batton McLaren Mercedes 39
10 P.di Resta Force İndia Mercedes 36
11 A.Sutil Force İndia Mercedes 23
12 S.Peres McLaren Mercedes 18
13 J.E.Vern Toro Rosso Ferrari 13
14 D.Rikkardo Toro Rosso Ferrari 11
15 N.Hülkenberq Sauber Ferrari 7
16 P.Maldonado Williams Renault 1
17 V.Bottas Williams Renault 0
18 E.Qutyerres Sauber Ferrari 0
19 J.Byanki Marussia Cosworth 0
20 Ş.Pik Caterham Renault 0
21 M.Çilton Marussia Cosworth 0
22 Q.van der Qarde Caterham Renault 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 277
02 Mercedes AMG Mercedes 208
03 Ferrari Ferrari 194
04 Lotus Renault 183
05 Force İndia Mercedes 59
06 McLaren Mercedes 57
07 Toro Rosso Ferrari 24
08 Sauber Ferrari 7
09 Williams Renault 1
10 Marussia Cosworth 0
11 Caterham Renault 0
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Macarıstan Qran Prisi: Yarış

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +46° C Bu ilin Avropa yayı yağışlı olub, iyul ayında təqvimdə yer […]

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +46° C

Bu ilin Avropa yayı yağışlı olub, iyul ayında təqvimdə yer alan üç yarışdan yalnız Hunqarorinqdə sürücülər sıralanma turunu quru asfaltda keçiriblər. Poulu böyük üstünlüklə Həmilton qazanıb, ikinci yeri isə karyerasının ən yaxşı nəticəsi ilə Qrojan tutub.

Alonso Macarıstana çempionatın lideri qismində gəlib, yağışlı Silverstoun və Hokkenhaymda poul qazanan ispaniyalı sürücü bu dəfə yalnız altıncı olub – 31-ci ad günündə Fernando qələbə qazanmaq ümidilə starta çıxıb.

Hava proqnozu yarış zamanı böyük ehtimalla yağışın yağmasını bildirmişdi, amma startdan əvvəl səmanın üzü buludsuz olub, asfaltın temperaturu isə +46 dərəcəyədək qızıb. Uebber, Pik, Qlok, de la Rosa Medium təkərlərlə, qalan sürücülər isə Soft təkərlərlə starta çıxıblar.

Sürücülər iki qızdırma dövrəsi keçirməli olublar. Əvvəlcə start düzümü protokollara uyğun gəlməyib – Mixael Şumaher səhvən Heykki Kovalaynenin yerini tutub, ona görə də Çarli Uaytinq sürücüləri əlavə dövrəyə yollayıb, amma Şumaherin maşınında motor sönüb, ona görə də almaniyalı sürücü pit-leyndən start almalı olub.

Startda Həmilton poulun üstünlüyünü saxlayıb. Qrojan Fettelin hücumlarını dəf edib, ikinci döngədə Batton Fetteli, Alonso Rəykköneni qabaqlayıb. Uebber dörd mövqe qazanıb və 7-ci yerə yüksəlib, Maldonado isə 12-ci yerə düşüb. 2-ci dövrədə ilk onluq: Həmilton – Qrojan – Batton – Fettel – Alonso – Rəykkönen – Uebber – Senna – Massa – Hülkenberq.

Şumaherin problemləri davam edib – 2-ci dövrədə maşınında təkəri deşilib, boksa girdiyi zaman pit-leyndə sürət limitini aşıb və pit-leyndən keçməklə cərimə alıb.

Bir neçə dövrədən sonra trasda vəziyyət stabilləşib, liderlər eyni tempdə yarışı davam etdiriblər. Peleton uzanıb, hamı başa düşüb ki, mövqe mübarizəsi taktiki gedişlərdən asılı olacaq.

15-ci dövrədə Batton, Hülkenberq və Maldonado, 16-cı dövrədə Senna, Rosberq və di Resta, 17-ci dövrədə Fettel və Alonso ilk pit-stoplarını reallaşdırıblar, Fettel trasa Battonun arxasında qayıdıb. 18-ci dövrədə Həmilton və Massa, 19-cu dövrədə Qrojan pit-stopa baş vurublar – Roman Lyuisin arxasında trasa qayıdıb. 20-ci dövrədə Alonso təkərləri yeyilmiş Peresi asanlıqla keçib, Rəykkönen və Uebber isə təkərlərini dəyişiblər – Kimi trasa Fernandonun önündə qayıdıb. 22-ci dövrədə Serxio Peres ən sonuncu ilk pit-stopa yollanıb.

23-cü dövrədə ilk onluq: Həmilton – Qrojan – Batton – Fettel – Rəykkönen – Alonso – Uebber – Senna – Massa – Rosberq.

Qrojan, Fettel və Rəykkönen bu dəfə də trasa yumşaq təkərlərlə çıxdıqları üçün tezliklə rəqiblərinə yaxınlaşıblar. Roman DRS zonasında Lyuisə bir neçə dəfə hücum edib, amma sonra bir neçə dəfə səhvə yol verib və britaniyalı sürücü uzaqlaşıb. Sebastyan da Censon Battona DRS-lə hücumlar etsə də, önə çıxa bilməyib. Kimi arxadan bu cütlüyə yaxınlaşıb.

34-cü dövrədə Batton mexaniklərinin yanına yollanıb və trasa Sennanın arxasında qayıdıb, amma hətta təzə təkərlərlə rəqibini keçə bilməyib. Fettel isə sürətini artıraraq 38-ci dövrədə pitə yollanıb və trasa Battonun önündə qayıdıb.

39-cu dövrədə Qrojan, Uebber və Hülkenberq, 40-cı dövrədə Həmilton və Rosberq boksa gediblər – Lyuis yenə də Romanın önündə trasa qayıdıb. Liderliyi ələ alan Kimi Rəykkönen hər dövrə sürətli dövrələrə imza atmağa başlayıb. 41-ci dövrədə Maldonado, 42-ci dövrədə Senna, 44-cü dövrədə Alonso və Massa, 45-ci dövrədə Batton yeni təkərlərə keçiblər. 46-cı dövrədə sonuncu pitini keçirən Rəykkönen trasa düz komanda yoldaşının yanında qayıdıb – Qrojanı xarici radiusa sıxışdıran finlandiyalı sürücü öndə qalıb və fransalı sürücüdən uzaqlaşmağa başlayıb.

47-ci dövrədə ilk onluq: Həmilton – Rəykkönen – Qrojan – Fettel – Uebber – Alonso – Batton – Senna – Massa – Rosberq.

Pol di Resta ilə mübarizədə Maldonado təmasa yol verib və pit-leyndən keçməklə cərimə olunub. 59-cu dövrədə Mixael Şumaher yarışı dayandırıb.

Rəykkönen Həmiltonla fərqi tezliklə qapadıb, amma hücuma keçməyib. Bəzi sürücülər üçüncü pit-stopa qərar veriblər – Uebber 55-ci, Fettel 59-cu dövrədə yeni təkərlərə keçiblər. Lotus komandası Həmiltonun pit etməsini gözləsə də, bu baş verməyib. Kimi bir neçə dəfə DRS-lə hücum etsə də, dar Macarıstan trasında ötmək bu gün mümkün olmayıb. Lyuis mövsümdə 2-ci, karyerasında 19-cu qələbəsini bayram edib. Lotus sürücüləri isə mövsümdə ikinci dəfə podiumu tamamlayıblar.

Qarşıda biraylıq yay fasiləsi gəlir, sonra isə bizi cütləşmiş klassik Spa və Monsa gözləyir. Əminik ki, mövsümün yerdə qalan doqquz yarışı da çox maraqlı olacaq!

Yer Pilot Komanda Motor Vaxt
01 L.Həmilton McLaren Mercedes 1.41:05.503
02 K.Rəykkönen Lotus Renault + 0:01.032
03 R.Qrojan Lotus Renault + 0:10.518
04 S.Fettel Red Bull Renault + 0:11.614
05 F.Alonso Ferrari Ferrari + 0:26.653
06 C.Batton McLaren Mercedes + 0:30.243
07 B.Senna Williams Renault + 0:33.899
08 M.Uebber Red Bull Renault + 0:34.458
09 F.Massa Ferrari Ferrari + 0:38.350
10 N.Rosberq Mercedes AMG Mercedes + 0:51.234
11 N.Hülkenberq Force İndia Mercedes + 0:57.283
12 P.di Resta Force İndia Mercedes + 1:02.887
13 P.Maldonado Williams Renault + 1:03.606
14 S.Peres Sauber Ferrari + 1:04.494
15 D.Rikkardo Toro Rosso Ferrari + 1 dövrə
16 J.E.Vern Toro Rosso Ferrari + 1 dövrə
17 H.Kovalaynen Caterham Renault + 1 dövrə
18 K.Kobayaşi Sauber Ferrari + 2 dövrə
19 V.Petrov Caterham Renault + 2 dövrə
20 Ş.Pik Marussia Cosworth + 2 dövrə
21 T.Qlok Marussia Cosworth + 3 dövrə
22 P.de la Rosa HRT Cosworth + 3 dövrə
N.Kartikeyan HRT Cosworth
M.Şumaher Mercedes AMG Mercedes

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:24.136 (68-ci dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 F.Alonso Ferrari Ferrari 164
02 M.Uebber Red Bull Renault 124
03 S.Fettel Red Bull Renault 122
04 L.Həmilton McLaren Mercedes 117
05 K.Rəykkönen Lotus Renault 116
06 N.Rosberq Mercedes AMG Mercedes 77
07 C.Batton McLaren Mercedes 76
08 R.Qrojan Lotus Renault 76
09 S.Peres Sauber Ferrari 47
10 K.Kobayaşi Sauber Ferrari 33
11 P.Maldonado Williams Renault 29
12 M.Şumaher Mercedes AMG Mercedes 29
13 P.di Resta Force İndia Mercedes 27
14 F.Massa Ferrari Ferrari 25
15 B.Senna Williams Renault 24
16 N.Hülkenberq Force İndia Mercedes 19
17 J.E.Vern Toro Rosso Ferrari 4
18 D.Rikkardo Toro Rosso Ferrari 2
19 H.Kovalaynen Caterham Renault 0
20 V.Petrov Caterham Renault 0
21 T.Qlok Marussia Cosworth 0
22 Ş.Pik Marussia Cosworth 0
23 N.Kartikeyan HRT Cosworth 0
24 P.de la Rosa HRT Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 246
02 McLaren Mercedes 193
03 Lotus Renault 192
04 Ferrari Ferrari 189
05 Mercedes AMG Mercedes 106
06 Sauber Ferrari 80
07 Williams Renault 53
08 Force İndia Mercedes 46
09 Toro Rosso Ferrari 6
10 Caterham Renault 0
11 Marussia Cosworth 0
12 HRT Cosworth 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Macarıstan Qran Prisi: Yarış

Startdan əvvəl yağış, qurumaqda olan tras, sonda quru tras. Buludlu. Havanın temperaturu +18° C, trasın temperaturu +19° C Adətən Macarıstan […]

Startdan əvvəl yağış, qurumaqda olan tras, sonda quru tras. Buludlu. Havanın temperaturu +18° C, trasın temperaturu +19° C

Adətən Macarıstan yarışı isti havada keçir, amma bu dəfə komandaları fərqli senari gözləyirdi – cümə və şənbə günləri quru trasda keçsə də, dünən axşamdan yağan yağış kiçik fasilələrlə yarışın startına qədər yağıb.

Dəstək yarışları nəm trasda keçib və insidentlərlə zəngin olub, FİA-nın texniki xidməti havanın dəyişməsi üzündən komandalara sazlanmalara düzəlişlər etməyə icazə verib. Amma trasda böyük su kütləsinin olmaması üzündən FİA adi starta qərar verib.

Startda Fettel poulun üstünlüyünü saxlayıb, Alonso Massanı keçib, McLaren sürücüləri bir-biri ilə mübarizə aparsalar da mövqelərini saxlayıblar, Rosberq isə Uebber və Alonsonu keçib.

Həmilton Fettelə bir neçə hücum edib və nəhayət, 5-ci dövrədə onu keçə bilib. 8-ci dövrədə Massa 2-ci döngədə səhvə yol verib və trasdan çıxaraq arxa antiqanadını zədələyib. 9-cu dövrədə Alonso Rosberqi keçərək dördüncülüyə yüksəlib.

11-ci dövrədə Uebber slikə keçib, onun ardınca Massa, Petrov, Barrikello da eyni addımı atıblar. 12-ci dövrədə Batton, 13-cü dövrədə Həmilton, Fettel, Alonso və Rosberq təkərlərini dəyişiblər. Şumaher yarışa başçılıq etsə də, dövrəni tamamlamadan boksa yönəlib.

14-cü dövrədə Batton Fetteli keçərək ikinciliyə yüksəlib, Uebber isə Alonsonu qabaqlayıb. Stüardlar Maldonadonu pit-leyndə sürət həddini aşdığı üçün pit-leyndən keçməklə cərimələyiblər.

25-ci dövrədə təkərini dəyişib pit-leyndən çıxan Nik Haydfeldin maşını od tutub yanıb – insident yerinə marşallar tələsiblər və yanğın söndürülüb.

27-ci dövrədə Həmilton, 28-ci dövrədə Batton və 29-cu dövrədə Fettel ikinci dəfə mexaniklərinin qonağı olublar – Sebastyan trasa çıxarkən marşalların çəkib apardıqları Nikin maşını ilə toqquşmadan çətinliklə qurtulub.

Şumaherin maşını sürətini itirib və almaniyalı sürücü ötürmələr qutusundakı problemlər üzündən yarışı dayandırmalı olub.

Kobayaşi uzun müddət trasda qaldığı üçün 6-cı yerə yüksəlib, amma 35-ci dövrədə pitə baş çəkməli olub.

Stüardlar sarı bayraqlar altında ötməyə görə Peresi pit-leyndən keçməklə cərimələyiblər.

37-ci dövrədə Alonso, 40-cı dövrədə Uebber, 41-ci dövrədə Həmilton üçüncü pt-stoplarını reallaşdırıblar. 42-ci dövrədə Fettel rəqiblərindən fərqli ollaraq bərk təkərlərə keçib, növbəti dövrədə Batton da eyni seçimi təkrarlayıb.

45-ci dövrədə Fettel Alonsonu keçərək üçüncülüyə yüksəlib. 47-ci dövrədə yarışın lideri Həmilton yerində fırlanıb və Batton irəli çıxıb. 48-ci dövrədə Alonso pitə qayıdaraq bərk təkərlərə keçib.

51-ci dövrədə trasın bəzi sahələrinə kiçik yağış yağmağa başlayıb, bu dəfə Batton səhvə yol verib və Həmilton önə çıxıb. Növbəti dövrədə Censon liderliyini geri qaytarsa da, Lyuis yenidən onu keçə bilib.

52-ci dövrədə Uebber mexaniklərindən keçid təkərləri alıb, növbəti dövrədə Həmilton da eyni təkərlərə keçib, amma yağış kəsdiyindən sliklərdə qalan sürücülər üstünlük qazanıblar.

55-ci dövrədə Lyuis və Mark keçid təkərləri bərk təkərlərə dəyişiblər və stüardlar trasda fırlanarkən di Restanı trasdan çıxardığı üçün Həmiltonu pit-leyndən keçməklə cərimələyiblər.

Yarışa Batton başçılıq edib və Fettellə fərqi 5 saniyəyə çatdırıb, Alonso isə liderdən 15 saniyə geri qalıb. Həmilton trasa Uebber və Massanın arxasında 6-cı yerdə qayıdıb. 58-ci dövrədə Lyuis Felipeni keçib və braziliyalı sürücü yeni təkərlər üçün pit-stopa yönəlib. 64-cü dövrədə Lyuis Markı da keçərək 4-cü yerə yüksəlib.

Censon Batton isə mövsümdə 2-ci, karyerasında 11-ci qələbəsini qazanıb. Britaniyalı sürücü ilk qələbəsini 2006-cı ildə bu trasda qazanmışdı, 2011-ci ildə isə 200-cü yarışında da bu trasda birinci olub. Sebastyan Fettel finişdə 2-ci, Fernando Alonso 3-cü olublar.

Qarşıda yay tətili gəlir, amma rəqiblər Red Bull-a çatıblar – son 3 yarışda qələbə Ferrari və McLaren sürücülərinə qismət olub. Mövsümün ikinci yarısı çox maraqlı olacaq!

Yer Pilot Komanda Motor Vaxt
01 C.Batton McLaren Mercedes 1.46:42.337
02 S.Fettel Red Bull Renault + 0:03.588
03 F.Alonso Ferrari Ferrari + 0:19.819
04 L.Həmilton McLaren Mercedes + 0:48.338
05 M.Uebber Red Bull Renault + 0:49.742
06 F.Massa Ferrari Ferrari + 1:23.176
07 P.di Resta Force İndia Mercedes + 1 dövrə
08 S.Buemi Toro Rosso Ferrari + 1 dövrə
09 N.Rosberq Mercedes GP Mercedes + 1 dövrə
10 X.Algersuari Toro Rosso Ferrari + 1 dövrə
11 K.Kobayaşi Sauber Ferrari + 1 dövrə
12 V.Petrov Lotus Renault GP Renault + 1 dövrə
13 R.Barrikello Williams Cosworth + 2 dövrə
14 A.Sutil Force İndia Mercedes + 2 dövrə
15 S.Peres Sauber Ferrari + 2 dövrə
16 P.Maldonado Williams Coswort + 2 dövrə
17 T.Qlok Marussia Virgin Cosworth + 4 dövrə
18 D.Rikkardo Hispania Cosworth + 4 dövrə
19 J.D’Ambrozio Marussia Virgin Cosworth + 5 dövrə
20 V.Liutsi Hispania Cosworth + 5 dövrə
H.Kovalaynen Team Lotus Renault
M.Şumaher Mercedes GP Mercedes
N.Haydfeld Lotus Renault GP Renault
Y.Trulli Team Lotus Renault

Sürətli dövrə: Felipe Massa (Ferrari) – 1:23.415 (61-ci dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 234
02 M.Uebber Red Bull Renault 149
03 L.Həmilton McLaren Mercede 146
04 F.Alonso Ferrari Ferrari 145
05 C.Batton McLaren Mercedes 134
06 F.Massa Ferrari Ferrari 70
07 N.Rosberq Mercedes GP Mercedes 48
08 N.Haydfeld Lotus Renault GP Renault 34
09 V.Petrov Lotus Renault GP Renault 32
10 M.Şumaher Mercedes GP Mercedes 32
11 K.Kobayaşi Sauber Ferrari 27
12 A.Sutil Force İndia Mercedes 18
13 S.Buemi Toro Rosso Ferrari 12
14 X.Algersuari Toro Rosso Ferrari 10
15 S.Peres Sauber Ferrari 8
16 P.di Resta Force İndia Mercedes 8
17 R.Barrikello Williams Cosworth 4
18 P.de la Rosa Sauber Ferrari 0
19 Y.Trulli Team Lotus Renault 0
20 V.Liutsi Hispania Cosworth 0
21 P.Maldonado Williams Coswort 0
22 J.D’Ambrozio Marussia Virgin Cosworth 0
23 H.Kovalaynen Team Lotus Renault 0
24 T.Qlok Marussia Virgin Cosworth 0
25 N.Kartikeyan Hispania Cosworth 0
26 D.Rikkardo Hispania Cosworth 0
27 K.Çandhok Team Lotus Renault 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 383
02 McLaren Mercedes 280
03 Ferrari Ferrari 215
04 Mercedes GP Mercedes 80
05 Lotus Renault GP Renault 66
06 Sauber Ferrari 35
07 Force İndia Mercedes 26
08 Toro Rosso Ferrari 22
09 Williams Cosworth 4
10 Team Lotus Renault 0
11 Hispania Cosworth 0
12 Marussia Virgin Renault 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*