Bakıda böyük və möhtəşəm kartinq yarışı keçirilib

Təxminən bir həftə əvvəl F1 yarışlarını qəbul edən Bakıda sürətli günlər Bizon ilə davam edib. Baku Kartinq mərkəzində Bizon enerji içkilərinin sponsorluğu ilə möhtəşəm kartinq yarışı keçirilib.

F-1.az bildirir ki, yarışda 91 nəfər iştirak edib. Əvvəlcə iştirakçılar 7 nəfərlik qruplara bölünərək, trasa çıxıblar. Ən sürətli nəticəni göstərən 25 nəfər yarımfinala yüksəliblər. Yarımfinalda isə ən sürətli 6 nəticəni göstərən iştirakçılar finala adlarını yazdırıblar.

Həyəcanlı keçən finalda qalib Əhməd adlı iştirakçı olub. Şamil ikinci, Tələt isə üçüncü yeri tutublar. Qaliblərə Bizon tərəfindən qiymətli hədiyyələr verilib. Birinci yerə İphone X, ikinci yerə Beats qulaqlıqları, üçüncü yerə isə Samsung Gear qol saatı hədiyyə edilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*