K.Sayns: Bərabər şəraitdə Həmilton və Ferstappenlə mübarizə apararam

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, bərabər şəraitdə Həmiltonla və Ferstappenlə mübarizə apara bilər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il gözəl performansla komada yoldaşı Şarl Lekleri geridə qoyub və mövsüm ərzində 4 dəfə podiuma yüksəlib.

Karlos Sayns: “Əgər eyni boliddə və ya bərabər şəraitdə yarışsaq, Həmilton və Ferstappenlə mübarizə apara bilərəm. Red Bull və Mercedes-in builki maşınları Ferrari-dən 1 saniyə üstün idi. Bir pilot öz istedadı ilə maksimum 0.2-0.3 saniyə qazana bilər. Rəqibinizin maşını 1 saniyəs sürətlidirsə, istedadınız onları keçməyə icazə verməz. Ümid edirəm ki, gələn il komandalar bir-birlərinə yaxın olarlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*