21 Avqust 2019, Çərşənbə - 13:34

V.Rossi Formula1-də yarışmağa yaxın olub

V.Rossi Formula1-də yarışmağa yaxın olub

Müəllif: Rauf Hacıyev, redaktor

09:22 - 17 Dekabr, 2016

MotoGP yarışlarının canlı əfsanəsi Valentino Rossinin atası Qratsiano Rossi bildirib ki, oğlu karyerasının əvvəlində Ferrari ilə testlərə çıxdıqdan sonra Formula1-də yarışmağa çox yaxın olub.

F-1.az xatırladır ki, Valentino Rossi ilk Formula1 testinə 2004-cü ildə Ferrari komandası ilə çıxmışdı. İtaliyalı Fyorano trasında Mixael Şumaxerlə testlər etmişdi.

Qratsiano Rossi: “Valentino belə bir şey istəyirdi, çünki ancaq Formula1 çempionatı MotoGP ilə müqayisə oluna bilər. Formula1-dən başqa seriyada yarışmaq geriyə atılmış addım olardı.

Əgər bir gün fərqli bir seriyada yarışmaq istəsə, bunu edəcək. Onun istedadı var, amma Valenin hazırkı hədəfi MotoGP tarixinin ən yaxşısı olmaqdır”.

Xatırladaq ki, Valentino motosiklet yarışları üzrə 9 qat Dünya Çempionudur. İtaliyalı sürücü ən az iki il MotoGP-də yarışacaq. Aktivində 114 qələbəsi olan sürücünün əsas hədəfi isə motosiklet yarışlarında ən çox qələbə qazanan (122) Cyakomo Aqostinini keçməkdir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 689
Teqlər , , ,
Paylaş

logo