19 Sentyabr 2019, Cümə axşamı - 10:33

M.Arnell: “Yaşlı sürücülər çətinlik çəkməyəcəklər”

M.Arnell: “Yaşlı sürücülər çətinlik çəkməyəcəklər”

Müəllif: Rauf Hacıyev, redaktor

17:23 - 28 Fevral, 2017

Kimi Rəykkönenin fiziki məşqçisi Mark Arnell bildirib ki, 2017-ci il bolidlərini sürmək yaşlı sürücülər üçün asan olacaq.

F-1.az xatırladır ki, bu il bolidlərdə təkərlərin 25 faiz enlənməsi ilə asfaltayatma qüvvəsinin artması gözlənilir. Beləliklə, bolidlər döngələrə daha sürətli girəcəklər və bu da sürücülərin daha çox yüklənməyə məruz qalmasına səbəb olacaq.

Arnell bildirib ki, gənc sürücülər bu tempə öyrəşməkdə çətinlik çəkə bilərlər: “Gənc sürücülər bu cür ağır yüklənmələrlə qarşılaşmayıblar. Kimi, Fernando və Felipe kimi sürücülər isə bu halla daha asanlıqla bacaracaqlar. Xüsusən də, 2005 və 2006-cı ildəki reqlamentlə indiki reqlament bir-birinə bənzəyir. Son illərdə sürücülər fiziki cəhətdən çox yüklənməyə məruz qalmırdılar. Amma Kimi bütün bunlara baxmayaraq, məşq rejimini dəyişmədi. 2017-ci ildə Kimi fiziki cəhətdən çətinlik çəkməyəcək. Əgər bolidi güclü olsa, gözəl mövsüm keçirə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 653
Teqlər , ,
Paylaş

logo