K.Rəykkönen: “Uğursuz həftəsonu oldu”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen start ala bilmədiyi Malayziya yarışından sonra komandasını günahkar saymır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda 2-ci yeri tutsa da, mühərrik probleminə görə yarışda start ala bilməyib.

Kimi Rəykkönen: “Sözün açığı, səhv etmədik. Bolid cümə günü və dünən çox güclü idi və birdən anlamadığımız problem ortaya çıxdı. Nə olduğunu bilmirik. Heç kimi günahlandırmırıq. Avtoidmanda bu cür şeylər olur və bu gün bizim üçün o anlardan biri idi. Təbii ki, bu qədər sürətli olduğumuz trasda bunu yaşamaq pis oldu. Bizim üçün yaxşı həftəsonu olmadı. Dünən Sebastyanın bolidi və bu gün də mənimki xarab oldu. Yenə də növbəti yarışlarda gözəl nəticə almağa çalışmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*