S.Fettel: “İbtidai məktəbdə oxumuruq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışın taleyini stüardlar yox, yarışçılar həll etməlidirlər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın bitməsinə iki dövrə qalmış Leklerə hücum edib və iki gənc sürücü bir-birləri ilə təmas yaşayıblar. Nəticədə monakolu sürücü tras xaricinə çıxmalı olub. Yarışdan sonra stüardlar tərəfindən araşdırılan Ferstappenə cəza verilməyib.

Sebastyan Fettel: “Hadisələri görmədim. Amma bu qərarı kresloda oturan adamlar verməməlidir. Biz maşının içindəyik və bunu biz mühakimə etməliyik. Biz ibtidai siniflərarası turnir keçirmirik. Bizi sərbəst buraxmalıdırlar”.

, , , ,