C.Klia: Pulları tez xərclədik

F-1.az bildirir ki, Ferrari yarış mühəndisi komandasının geridə qoyduğumuz mövsümündəki uğursuz çıxışının səbəblərindən danışıb.

Cok Klia: “Ötən mövsüm əsas məsələ pulu mümkün qədər səmərəli xərcləmək idi. Bütün xərclər əvvəlcədən planlaşdırılmalı idi. Mövsüm ərzində məlum oldu ki, qərarlarımızın heç də hamısı düzgün deyil. Red Bull avtomobili təkmilləşdirmək ehtiyacını gözdən qaçırmadan yaranan problemlərə yaxşı cavab verərək əla iş gördü. Bu il planlaşdırdığımız hər şeyi etdik, lakin Formula1-də nəticələr həmişə nisbi olur.

Əslində, mövsümün ikinci yarısında Red Bull-dan geri qalırdıq, lakin problem yaşayan təkcə biz deyildik. Mercedes də əksinə, çox gecikdi. İlk üçlükdəki komandalardan danışsaq, biz çox erkən hücuma keçdik, Mercedes isə çox gec. Amma Red Bull düzgün balansı tapdı. Bundan nəticə çıxarmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*