25 Avqust 2019, Bazar - 14:02

T.Volff: “Problemlərimizin səbəbi Ferrari-dir”

T.Volff: “Problemlərimizin səbəbi Ferrari-dir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:35 - 06 May, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, bu il yaşadıqları dözümlülük problemlərinin səbəbi Ferrari komandasıdır.

F-1.az xatırladır ki, Mercedes AMG komandası mövsümöncəsi testlərdə çox etibarlı görünürdü, amma mövsüm başlandıqdan sonra komanda ciddi problemlərlə üzləşdi.

Toto Volff: “Qaydalar sabit qaldığı üçün mühərrikdən maksimumu almağa çalışırıq, buna görə də, çətin olur.

Ferrari qış tətilində inkişaf etdi və buna görə də mühərriyi son həddə istifadə edirik. Bəzən son həddə işləyəndə necə olduğunuzu görmək istəyərsiniz. Vəziyyət bu yerdədir.

Mühərriyi son həddə işlətdiyimiz üçün Niko-nun bolidində MGU-K problemi yaşadıq. Bu bizi çox narahat etdi.

Hazırkı qaydalara görə bunu sürücüyə xəbər etmək olmur. Buna görə də, vəziyyəti nəzarət altında saxlamaq çətin idi.

Lyuisin bolidində isə karbon boru çatlamışdı. Bu borunun keyfiyyətindən irəli gəlib. Gərək yoxlayaq.

Problemi təhlil edəcəyik və qaynağını tapacayıq, amma dəqiq heç nə yoxdur. Problem çox qarışıqdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 364
Teqlər , , , , ,
Paylaş

logo