N.Rosberq: Ferstappen 5 sürücüdən biridir

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, Ferstappen idman tarixinin ən yaxşı 5 sürücüsündən biridir.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 15 yarış qazanaraq, Formula1-də ikinci dəfə Dünya Çempionu titulunu əldə edib.

Niko Rosberq: “Ferstappen iki dəfə Dünya Çempionu olub. 25 yaşı olsa da, indidən Alonsonun statistikalarını keçib. Çox istedadlıdır və artıq hərtərəfli sürücü olub. Onda Senna və Şumaxerdəki mübarizəçi ruhu var, eyni zamanda səhv etmir. Heç bir komanda yoldaşı onunla mübarizə apara bilmir:

Məni təəccübləndirdi, çünki mövsümün əvvəlində Ferrari sürətli olduğu üçün pis başladı. Daha sonra 15 yarış qazanaraq, tarixi bir mövsümü geridə qoydu. İdman tarixinin ən yaxşı 5 sürücüsündən biri olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*