D.Rikkardo Həmiltonla komanda yoldaşı olmaq istəyir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Lyuis Həmiltonla komanda yoldaşı olmaq istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi gələn ilin sonunda bitəcək.

Daniel Rikkardo: “Uzun müddətdir ki, Fernando və Lyuisə qarşı mübarizə aparmaq istədiyimi demişəm. Fernando hazırda karyerasının sonuna yaxınlaşır və buna görə də Lyuisə qarşı yarışmaq daha asan görünür. Sebastyan və Maksa qarşı yarışmaq şansım olub. Ən azı bir il də Maksa qarşı yarışacam. Amma Lyuis bu qədər güclü ikən ona qarşı mübarizə aparmaq istəyərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*