Komandanın ehtiyat sürücüsü, görünür, bu gün Formula1 bolidi ilə ilk testlərini keçirən və Formula2-nin şəxsi hesabında 20 xallıq üstünlüklə liderlik edən Nikola Tsolov olacaq.
Racing Bulls-un icraçı direktoru Peter Bayer bildirib ki, heyətlə bağlı qərar hələ verilməyib, amma dəyişiklik gözlənilmədiyini də anladıb: “Arvid və Liam öz işlərinin öhdəsindən əla gəlirlər. Liam hazırda şəxsi hesabda 9-cu yerdədir və həm sıralanma turularda, həm də yarışlarda dəfələrlə yüksək sürət nümayiş etdirib. Eyni sözləri Nikola barədə də demək olar – o, Formula2-də çox yaxşı çıxış edir.
Sonda gələn il üçün heyətlə bağlı qərarı Alan (Permeyn, komandanın rəhbəri) verməlidir. Komanda üçün hansı variantın daha yaxşı olacağına o qərar verəcək”.





