16 Noyabr 2019, Şənbə - 03:08

D.Kvyat Toro Rosso-dan razı qalıb

D.Kvyat Toro Rosso-dan razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

10:16 - 14 May, 2016

İspaniyada yenidən Toro Rosso-ya qayıdan Daniil Kvyat komandasından razı qalıb…

F-1.az xatırladır ki, Kvyat Toro Rosso-ya qayıtdıqdan sonra ilk dəfə trasa çıxıb və birinci sərbəst yürüşlərdə 12-ci, ikinci sərbəst yürüşlərdə isə 15-ci yeri tutub.

Daniil Kvyat bildirib ki, ikinci sərbəst yürüşlərdə təkərləri isidə bilməyib və buna görə də sürətli dövrə ata bilməyib. Amma onun komanda yoldaşı Karlos Sayns beşinci nəticə göstərərək bolidin potensialını növbəti dəfə nümayiş etdirib: “Hər dövrə bolidin sürətləndiyini və inkişaf etdiyini hiss edirsiniz. Bəzi detalların üzərində işləməliyik.

Düzünü desək, deyə bilərəm ki, Toro Rosso-nun güclü paketi var. Bir bolid təkərləri asanlıqla isidir, digəri isə bunu edə bilmir və təkərləri daha tez isidən bolid daha rəqabətədavamlı olur.

Ümid edirəm ki, sabah rəqabətədavamlı paketdə olaram”.

Kvyat bildirib ki, Ferrari güc qurğusu ilə təchiz edilmiş STR şassisi ona təsir edib: “Ferrari bizim üçün yaxşı potensialdır. Dəqiq və təmiz güc qurğusudur. Mühərriyin işləməsindən razıyam. Hiss edirsiniz ki, arxa tərəf daha balanslıdır.

Təbii ki, asfalta ilişmə üzərində işləyəcəyik və bunlar şassidən aslıdır.

Güc qurğusunda xüsusi detallar var. Düşünürəm ki, hər iki sahədə də fərqli işlər görə bilərik.

Hazırda işləməyə davam edirik və bu iki sahədə də hər dəqiqə yeni bir şey tapırıq. Dediyim kimi, hər şey tam hazır olanda, hər şeyi tam olaraq hiss etmək istəyirəm”

Rusiyalı sürücü bildirib ki, özünü Toro Rosso-da yaxşı hiss edir: “2014-cü ildə buradan ayrılanda, evimdən ayrılmaş kimi idim. İndi evimə qayıtmış kimiyəm, amma bu asan deyildi. Hər şey dəyişir və demək olar ki, iki il keçib.

Toro Rosso böyüməkdə olan komandadır. Şassidə və limitdə son həddi tapmalıyam, amma bu bir mövsüm ərzində olan şey deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər , , ,
Paylaş

logo