Red Bull niyə Saynsı istəməyib?

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Karlos Saynsı gənc sürücüləri Maks Ferstappenə görə seçməyiblər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü eynilə Ferstappen kimi Red Bull-un sürücü proqramından yetişsə də, “qırmızı öküzlər” hollandiyalı pilotu əsas komandaya gətirmişdilər. 2018-ci ilin sonunda isə Karlos Saynsla yollarını birdəfəlik ayırmışdılar. Sayns 2019-cu ildə gözəl performans göstərdi və 2021-ci ildə Ferrari-də yarışacaq.

Helmut Marko: “Karlos çox yaxşı oğlandır. Ağıllı və sürətlidir. Ancaq Maksla birgə bizə qoşulması onun üçün yaxşı olmadı.

Ferrari və Karlos üçün yaxşı müqavilədir. Karlos qalib gəlmək istəyirsə çətinliklərlə üzləşməli və Şarl Lekler kimi komanda yoldaşı ilə mübarizə aparmalıdır. Bəs onu niyə Red Bull-a gətirmədim? Çünki bizim Maksımız var. Bizim əsas hədəfimiz güclü sürücünü fokuslanıb onu yaxşı komanda yoldaşı ilə dəstəkləməkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*