K.Sayns: Həmilton mükəmməldir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Lyuis Həmilton ən sürətli maşın olmadan da yarış qazana bilir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Portuqaliya yarışında həm Ferstappeni, həm də Bottası trasda keçərək, yarışı qazanıb. Yeddiqat Dünya Çempionu hazırda ən yaxın izləyicisi Ferstappeni 8 xal qabaqlayaraq, turni cədvəlində liderlik edir.

Karlos Sayns: “Hazırda ən yaxşı çıxış edən sürücü Lyuis Həmiltondur. Onun Maks və Valtterini rahatlıqla ötməsi məni təəccübləndirdi. Elə ötmələr etmək üçün ya çox sürətli maşınınız olmalıdır ya da xüsusi bir şey etməlisiniz. Hazırda Red Bull-dan elə də sürətli olmayan Mercedes-lə əla gedir. Belə yarışmaq çətindir. Ona və istedadına hörmət edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*