L.Həmilton Stroll barədə nə düşünür?

Formula1 üzrə 3 qat Dünya Çempionu Lyuis Həmilton testlərə qəzalarla başlayan Williams-ın debütant sürücüsü Ləns Strollu dəstəkləyib.

F-1.az xatırladır ki, Stroll testlərin üçüncü günündə iki dəfə tras xaricinə çıxıb və ikinci çıxışında baryerlərə çırpılıb. Williams komandası testlərin üçüncü gününü vaxtından əvvəl bağlamalı olub.

Xatırladaq ki, Stroll testlərin ikinci günündə də yerində fırlanaraq bolidin ön qanadını zədələmiş və komandada ehtiyat ön qanad olmadığı üçün ikinci günü də vaxtından əvvəl bağlamışdılar.

Lyuis Həmilton düşünür ki, Stroll idmana fiziki cəhətdən çox çətin dövrdə gəlib və buna görə də səhvlər labüddür: “Onu başa düşürəm. Formula1-ə gəlmək üçün çox çətin ildir. Bilirəm ki, Williams ilə Dünyanın hər yerində testlər edib. Əksər sürücülərdən çox hazırlaşıb. Amma bunlar gözləniləndir. Yeni bolidləri sürmək asan deyil. Artıq döngələrdə çox sürətliyik. Həssaslıq isə əvvəlki illərə nisbətən daha çox vacibdir.

Bunlar ilk mərhələdir. Təcrübəniz yoxdursa, yerinizdə fırlanmadan sürə bilmərsiniz. Bu gözləniləndir. Bu səhvləri indi etməsi ilk yarışda etməsindən daha yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*