15 Dekabr 2018, Şənbə - 15:27

L.Həmilton nə vaxt oyanacaq?

L.Həmilton nə vaxt oyanacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

08:07 - 18 Aprel, 2018

Formula1 üzrə sabiq Dünya Çempionu Jak Vilnöv bildirib ki, Mercedes və Həmilton böhran yaşayırlar.

F-1.az xatırladır ki, britaniyalı sürücü son qələbəsini 2017-ci ilin Amerika yarışında qazanıb və artıq 6 yarışdır ki, qələbə üzünə həsrətdir. Avstraliyada hesablama səhvinə görə qələbəni əldən verən dördqat Dünya Çempionu Bəhreyn və Çində komanda yoldaşı Bottasdan zəif təsir bağışlayıb.

Jak Vilnöv: “Həmilton böhran yaşayır və çempionluq yolunda vacib xallar itirir. Bu, onun üçün yaxşı xəbər deyil. Melburnda mükəmməl sıralanma turu performansından sonra bolidi əvvəlki kimi sürə bilmir. Keçən il böhranda olduğu dövrlərdə çox şey itirmişdi. Yarışlarda yuxuya getdiyi üçün geridə qaldı. Bəs nə vaxt oyanacaq?”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər , , , ,
Paylaş

logo