K.Onoro: “Sayns Renault-ya gedəcək”

Karlos Saynsın qohumu və meneceri Karlos Onoro bildirib ki, ispaniyalı sürücü Renault ilə müqaviıə bağlamağa yaxındır.

F-1.az xatırladır ki, 23 yaşlı sürücünün adı iki il idi ki, fransızlarla hallanırdı. Lakin Red Bull şirkəti bu transferin reallaşmasına icazə vermirdi.

Karlos Onoro: “Renault bu transferdə böyük yol qət etdi, amma hələki müqavilə imzalanmayıb. Lakin heç bir problem yoxdur. Bəzi xəbərlərdə Karlosun Malaziya yarışından etibarən Renault komandasında yarışacağını gördüm və bu məni təəccübləndirdi. Bu barədə heç danışmamışıq. Bəlkə Red Bull və Renault öz aralarında danışıblar, lakin bunun mümkünsüz olduğunu düşünürəm. Ən azından mən xəbərsizəm. Qısa müddət ərzində Saynsın gələcəyini dəqiqləşdirəcəyik. O vaxta qədər çıxan heç bir xəbər reallığı əks etdirmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*