F.Massa: “Son dəfə F1 sürücüsü olmağın həzzini yaşayacam”

Felipe Massa Əbu Dabidə Formula1 karyerasının 250-ci və eyni zamanda sonuncu yarışına çıxacaq. Braziliyalı karyerasını yaxşı nəticə ilə nöqtələmək istəyir.

F-1.az xatırladır ki, braziliyalı sürücü öz ölkəsindəki yarışda qəza etmiş və emosional anlar yaşanmışdı.

Massa Yas Marinadakı yarışdan sonra şənlik keçirdəcəyini deyib: “Braziliyadan sonra növbəti emosional yarışa çıxacam və bu yarış sonuncu olacaq. Bolidin içində olanda bu cür şeylər barədə az düşünüb, işinizə fokuslanırsınız.

Bu trasda yarışmaq həzz verir. Trasdan kənarda fanlarla da yaxşı ünsiyyət qura bilirik. Həmişə burada olmağı sevmişəm. Sonuncu dəfə Formula1 sürücüsü olmağın həzzini yaşamaq istəyirəm. Ümid edirəm ki, son yarışım gözəl olar və yarışdan sonrakı şənlikdə yaxşı nəticəni qeyd edərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*