L.di Montedzemelo: “Alonso dünyanın ən güclü pilotudur”

Luka di Montedzemelo düşünür ki, Fernando Alonso Ferrari-nin motivasiyasını pozurdu...

F-1.az xatırladır ki, Fernando Alonso 2010-2014-cü illər arasında Ferrari-də çıxış edib. İspaniyalı sürücü 2010-cu və 2012-ci illərdə çempionluq titulunu son yarışda əldən verib. Alonso 2014-cü ilin sonunda McLaren komandasına qayıdıb.

Ferrari şirkətinin eks prezidenti Montedzemelo Alonsonun Ferrari-dəki illərini dəyərləndirib: “Fernando Alonsonun Ferrari ilə heç vaxt çempion ola bilməyəcəyini düşündüm. Amma o Mercedes komandasında olsaydı, çempionluğu bir əli ilə qazanardı.

Vəziyyət belə olan halda, Ferrari-nin işçiləri də ruhdan düşürdü.

Açıq danışsaq, onu deyə bilərəm ki, Alonso hazırda dünyanın ən güclü sürücüsüdür.

Ancaq biz gələcəyi düşünməli idik. Gələcək üçün də ən çox ehtiyacımız olan şey motivasiya idi.

Massa 2009-cu ildə zədələnəndən sonra mən Şumaxeri onu əvəz etməsi üçün razı salmaq istədim, amma Şumaxer mənə dedi ki, gələcək üçün sizin Sebastyan Fettelə ehtiyacınız var”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*