L.Həmilton: Ən yaxşı dövrəni vura bilmədik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bolidin daha çox potensialı var.

F-1.az xatırladır ki, turnir cədvəlində hazırda lider olan Həmilton cümə sərbəst yürüşlərini birinci yerdə bağlayıb.

Lyuis Həmilton: “Məncə, həftəsonu yaxın keçəcək. Maksın dövrəsindən xəbərim yoxdur, amma mənim dövrəm mükəmməl deyildi. Boliddən maksimumu çıxarmalıyam. Lakin əminəm ki, Red Bull da mükəmməl dövrə vurmayıb. Əvvəlki həftələrdə olduğu kimi sessiya yaxın keçdi. Bizi həyəcanlı iki gün gözləyir.

Məncə, hamı bolidin balansı ilə bağlı problem yaşadı. Bu küləkdən ya da trasın şəraitindən ola bilər. Bolidi trasa tutmaq çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*