E.Fittipaldi: “Ən güclü sürücü Fernando Alonsodur”

İkiqat dünya çempionu Emerson Fittipaldi bildirib ki, Formula1-in ən yaxşı sürücüsü Fernando Alonsodur.

F-1.az xatırladır ki, Fernando Alonso Formula1-in ən güclü sürücülərindən biri sayılsa da, son çempionluğunu 10 il əvvəl qazanıb. İdmana ondan sonra gələn Həmilton 3 dəfə, Fettel isə 4 dəfə Dünya Çempionu titulunu qazanıblar.

Jurnalistlər Fittipaltiyə “müasir Formula1-in ən güclüsü kimdir?” sualını veriblər: “Həmilton, Fettel və Rosberq eyni səviyyədədirlər. Amma Fernando hərtərəfli sürücüdür. Ferstappen də çox güclüdür və əsl fenomendir. Ona qarşı edilən tənqidlər, məncə, haqsızdır. O, möhtəşəm sürücüdür və çempion olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*