17 Noyabr 2019, Bazar - 23:34

L.Həmilton: “Bolidin balansından razıyam”

L.Həmilton: “Bolidin balansından razıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

06:01 - 08 İyul, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Avstriyadakı ilk gündən sonra bolidin balansından çox razı qalıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bakıda boyunaltı probleminə görə qələbəni Rikkardoya hədiyyə etmişdi. Lakin üçqat Dünya Çempionu burada da mükəmməl performans göstərərək, cümə gününü birinci yerdə bağlaya bilib və əzəli rəqibi Fetteli 0.147 saniyə qabaqlayıb.

Lyuis Həmilton: “Cümə günü bizim üçün gözəl keçdi. İndiyə qədər heç bir problem yaşamadıq. İkinci sessiyada problem yaşasaq da, uşaqlar əla iş görərək, bolidi trasa qaytara bildilər. Bu problemə baxmayaraq, proqramımızı uğurla tamamladıq. Hər şeydən əvvəl boliddə özümüzü yaxşı hiss etdik və balans yaxşıdır. Keçən il burada sürdüyüm boliddən qat-qat sürətlidir. Mükəmməl dövrə vurmaq həyəcanvericidir. Bu gündən çox razıyam. Komanda olaraq özümüzü yaxşı hiss edirik. Bu həftəsonu Ferrari üçün həyəcanverici mübarizəyə hazırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 924
Teqlər , , ,
Paylaş

logo