Ə.Şovlin: Albert Parkda güclü idik

Mercedes komandasından Əndryu Şovlin düşünür ki, Albert Parkda yaxşı performans göstəriblər.

F-1.az xatırladır ki, Mercedes komandası Albert Parkda həm sıralanma, həm də yarış tempində güclü görünüb.

Əndryu Şovlin: “Lyuis ilə builki podiumumuzu qazanmaq əladır, amma komanda üçün qarışıq gün idi. Lyuis çətin yarışda yaxşı çıxış etdi. Yarış ərzində həm təkərlərə nəzarət etdi, həm də müdafiə olundu.

Corc da əla yarışdı. Təhlükəsizlik maşınının qırmızı bayrağa keçməsi yaxşı olmadı. Daha sonra güc qurğusu problemi yaşadı.

Bolid ilk iki yarışa nisbətdə sürətli idi. Sazlanmalarda dəyişiklik etdik və ümid edirəm ki, növbəti yarışlarda da güclü olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*