C.Rassel: Çətin yarış olacaq

Mercedes komandasının sürücüsü Corc Rassel ikinci yerdən razıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü Mercedes-lə çıxdığı ilk sıralanma turunda Bottasa cəmi 0.02 saniyə uduzub və ikinci olub.

Corc Rassel: “Çox gərgin həftəsonu idi. Çox şey öyrənməliyəm. Bolidə, oturacağa öyrəşməli idim. Əvvəlcə özümü yadplanetli kimi hiss etdim. Düzünü desəm, burada tərzimi dəyişməli idim. Williams-da öyrəndiyim hər şeyi unutmalı və sürətli maşına öyrəşməyə çalışırdım. Üçüncü sərbəst yürüşlərdə çox şeyi sınadım, amma işləmədi. Buna görə də sıralanma turunda son sessiyaya qalmağı əla nəticə sayacaqdım.

Nəticədən razıyam. Son dövrədə hər şeyi bir yerə yığdım. 20 millisaniyəyə görə poulu əldən verdiyim üçün məyusam. Amma keçən həftə mənə bu gün ikinci olacağımı desələr, inanmazdım. Nəticıyə görə xoşbəxtəm.

Sabah önümdə heç kəs olmayacaq. Uzun müddətdir ki, belə şey görməmişdim. Çətin olacaq. Hələ belə təcrübəm olmayıb. Əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*