Pirelli-nin statistik hesabatı

F-1.az xəbər verir ki, Pirelli şirkəti arxada qoyduğumuz mövsümə maraqlı statistika ilə son qoyub....

Pol Hembri, Pirelli Motorsport: “Mövsüm çox maraqlı alındı, həm trasda, həm də kənarda. Bu il biz tərkiblər sırasına tamamilə yeni bir tərkib əlavə etmişdik – UltraSoft, dəyişən qaydalara əsasən isə komandalar əvvəlcədən həftəsonuna 3 tərkibdən seçim edə bilərdilər – bütün bu faktorlar strateji variantları artırdığı üçün baxımlılıq da artmışdı.

Bu il yüksək yeyilmə səviyyəsi olan təkərlərin tətbiqinin sonuncu mövsümü idi – çempionat rəhbərliyi bizdən belə təkərlər istəmişdi, indi isə onların istəyi ilə gələn ildən fəlsəfəmizi dəyişirik.

Mövsümün ikinci yarısında biz üç komandanın keçənilki maşınları ilə gələn il üçün hazırladığımız təkərlərin prototiplərini test etdik. Formula1 çempionatının ən uzun mövsümündə bizim təkərlər rekord uzunluqda – 384705 km məsafə qət etdilr…”

 

TƏKƏRLƏR

– traslara gətirilmiş təkərlərin ümumi sayı: 42792 ədəd – o cümlədən, quru hava təkərləri 28188 ədəd və yağış təkərləri 14604 ədəd

– o cümlədən, 38112 ədəd yarış həftəsonlarına və 4680 ədəd testlərə

– yarış həftəsonlarına gətirilən təkərlərdən sessiyalarda 15652 ədədi istifadə olunub, o cümlədən, quru hava təkərlərindən 13844 ədəd və yağış təkərlərindən 1808 ədəd

Bir sürücünün hər hansı bir təkər tərkibində qət etdiyi maksimum məsafə (testlərsiz):

– Hard: 759 km (Daniel Rikkardo, Red Bull)

– Medium: 3597 km (Valtteri Bottas, Williams)

– Soft: 6566 km (Serxio Peres, Force İndia)

– SuperSoft: 4598 km (Valtteri Bottas, Williams)

– UltraSoft: 2052 km (Niko Rosberq, Mercedes AMG)

– keçid təkərlər: 444 km (Censon Batton, McLaren)

– ağır yağış təkərləri: 523 km (Lyuis Həmilton, Mercedes AMG)

pirelli-1

 

PİT-STOPLAR

– mövsümün gedişində 933 pit-stop gerçəkləşdirilib, o cümlədən, 4 dəfə pit-leyndən keçmək və 1 dəfə Stop&Go cəzasını çəkmək üçün

– orta hesabla hər yarışda sürücülər 44.4 pit-stopa müraciət ediblər, yəni hər sürücü 2.01 dəfə

– ən çox: Çin Qran Prisində – 66 pit-stop qeydə alınıb

– ən az: Rusiya Qran Prisində – 26 pit-stop protokollara düşüb

 

ÖTMƏLƏR

– mövsümün gedişində 866 ötmə qeydə alınıb, hər yarışa orta hesabla 41.2 ötmə düşür (bütün ötmələr dövrənin yekununa görə qeydə alınır, mexaniki problemlər üzündən ötmələr nəzərə alınmır)

– quru havada ən çox ötmə: Çin Qran Prisində – 128 dəfə

– yağışlı havada ən çox ötmə: Braziliya Qran Prisində – 64 dəfə

– quru havada ən az ötmə: Macarıstan Qran Prisi – 10 dəfə

– mövsümün gedişində ən çox ötmə edən sürücü: Maks Ferstappen – 78 dəfə

– bir yarışın gedişində ən çox ötmə: Lyuis Həmilton Çin Qran Prisində – 18

– mövsümün gedişində ən az ötülən sürücü: Sebastyan Fettel, Braziliya Qran Prisinin 66-cı dövrəsində Maks Ferstappen tərəfindən – 1 dəfə

– birinci dövrədə ən çox ötmə: Fernando Alonso – 41 dəfə

– mövsümün gedişində ən çox ötmə edən komanda: Red Bull – 136 dəfə, o cümlədən, Daniel Rikkardo – 61, Maks Ferstappen – 60, Daniil Kvyat – 15 dəfə

– mövsümün gedişində ən az ötülən komanda: Mercedes AMG – 7 dəfə, o cümlədən, Lyuis Həmilton – 3, Niko Rosberq – 4 dəfə

pirelli-4

 

TRAS VƏ YARIŞLAR

– ən uzunmüddətli yarış: Braziliya Qran Prisi – 3 saat 1 dəqiqə 1.335 saniyə

– ən qısamüddətli yarış: İtaliya Qran Prisi – 1 saat 17 dəqiqə 28.089 saniyə

– ən sürətli yarış: İtaliya Qran Prisi – orta sürət 237.558 km/saat

– ən yüksək sürət: Valtteri Bottas (Williams) Meksika Qran Prisində – 372.5 km/saat

– ən çox sürətli dövrə: Lyuis Həmilton – 15 dövrə, o cümlədən yarışda 3, sıralanma turunda 12 dövrə

– ən çox liderlik dövrəsi : Lyuis Həmilton – 566 dövrə

pirelli-2

 

 

MARAQLI RƏQƏMLƏR

– mövsümün gedişində, yəni testlərdə və Qran Prilərin bütün sessiyalarında 384705 km məsafə qət edilib (yeni təkərlərin testləri daxil deyil)

– o cümlədən, Hard – 14.236 km; Medium – 99.447 km; Soft – 133.988 km; SuperSoft – 86.014 km; UltraSoft – 31.647 km; keçid təkərlər – 8.278 km; ağır yağış təkərləri – 11.095 km

– yarışda trasın ən aşağı temperaturu: Kanada Qran Prisi – +15°C

– həftəsonunda trasın ən aşağı temperaturu: Meksika Qran Prisi – +13°C

– yarışda trasın ən yüksək temperaturu: Malayziya Qran Prisi – +59°C

– həftəsonunda trasın ən yüksək temperaturu: Malayziya Qran Prisi – +61°C

– yarışda havanın ən aşağı temperaturu: Kanada Qran Prisi – +11°C

– həftəsonunda havanın ən aşağı temperaturu: Kanada Qran Prisi – +11°C

– yarışda havanın ən yüksək temperaturu: Malayziya Qran Prisi – +37°C

– həftəsonunda havanın ən yüksək temperaturu: Malayziya Qran Prisi – +37°C

pirelli-5

 

 

PİRELLİ-NİN QONAQ ZONASI

– testlər də daxil olmaqla ümumi hazırlanmış yemək: 15600 porsiya

– testlər də daxil olmaqla ümumi içilmiş su: 10200 litr

– testlər də daxil olmaqla ümumi hazırlanmış pasta: 900 kq

– testlər də daxil olmaqla ümumi bişirilmiş pizza: 420 ədəd

– testlər də daxil olmaqla ümumi hazırlanmış desert: 7500 boşqab

– testlər də daxil olmaqla ümumi hazırlanmış kofe: 30000 fincan

– testlər də daxil olmaqla ümumi istifadə olunmuş zeytun yağı: 500 litr

pirelli-3

 

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*