Pirelli 2 pit-stop proqnozlaşdırır

Təkər təchizatçısı Şpilberqə Monrealda olduğu kimi, ən yumşaq üçlük sayılan C3, C4 və C5 tərkiblərini gətirəcək.

F-1.az xatırladır ki, Red Bull Rinq mövsümün ikinci sprint yarışına ev sahibliyi edəcək – cümə günü həftəsonunun yeganə məşqləri baş tutacaq, ardınca isə sıralanma turu keçiriləcək. Şənbə günü isə sprint yarışı və əvvəlində onun sıralanma turu var.

Mario İzola: “Red Bull Ring təkərlərin daimi təzyiq altında olduğu bir trasdır. Maşınlar 10 döngəlik halqanı bir dəqiqədən çox müddətə tamamlayır və düz yollar o qədər də uzun deyil, yəni təkərlər çox vaxt dayanmadan işləyir.

Asfalt səthi kifayət qədər köhnədir, bu da onun xeyli yüksək aşındırıcılığını izah edir, lakin dövrənin başlanğıcında asfaltla ilişmə səviyyəsi də yüksəkdir. Səmərəli sürətlənmə və yavaşlama əsas elementlərdir, lakin həddindən artıq istiləşmədən qaçınmaq üçün təkərlə yaxşı işləmək lazımdır.

Təkərləri düzgün soyuda bilməyən sürücülər, xüsusən də dövrənin birinci və üçüncü sektorlarında rəqiblərin hücumlarını dəf etməkdə çətinlik çəkirlər. Spilberqdə hava şəraitinin ənənəvi olaraq dəyişkən olmasına baxmayaraq, hava və trasın temperaturu da buna ciddi təsir göstərə bilər.

Keçən ilki yarış əsasən Medium və Hard təkərlərlə iki pit-stopla keçilmişdi, lakin bu il deqradasiya səviyyəsi çox yüksək olmasa, təkər dəyişmək üçün yarış ərzində hər sürücünün cəmi bir dəfə dayanması mümkündür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*