Əbu Dabi, 29.11.2017

Pirelli-nin növbəti il üçün hazırladığı təkərlərinin testlərinin ikinci və son günü də başa çatıb. Ferrari bu dəfə də rəqiblərini üstələyib.

F-1.az bildirir ki, Force İndia komandası çərşənbə günü iki sürücü ilə işləyib – Esteban Okon səhər saatlarından sükan arxasına keçib, nahardan sonra isə onu Serxio Peres əvəzləyib. Hər iki sürücü ən yaxşı nəticəsini SuperSoft təkərlərlə göstərib. Williams da gün ərzində iki sürücünün köməyindən istifadə edib – Robert Kubitsa maşını günün sonuna saat yarım qalmış Sergey Sirotkindən təhvil alıb. Formula1-də yenidən yarışması maraqla gözlənilən polşalı sürücü rus həmkarından 0.4 saniyə daha sürətli olub və ən yaxşı yeddinci nəticəni göstərib.

McLaren nəinki iki sürücü ilə, hətta iki maşınla işləyib. Stoffel Vandorn 105, Lando Norris isə 118 dövrə vurub. Bu, britaniyalı komandanın Honda motorları ilə son çıxışı olub. Onlar növbəti dəfə trasa çıxdıqlarında güc qurğusu Renault-ya aid olacaq.

Ən böyük məsafəni gələn il Sauber-də yarışmağa əsas namizədlərdən olan Şarl Lekler qət edib – 149 dövrə. Fettel günün ən sürətli dövrəsini vurub – 1:37.551.

Artıq 2017-ci il mövsümünü tam yekunlaşmış hesab etmək olar. Komandalar növbəti dəfə trasda gələn il fevralın 26-da – Barselonada baş tutacaq testlərdə olacaqlar…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:37.551 117
2 77 Valtteri Bottas Mercedes AMG 1:38.490 + 0:00.939 141
3 33 Maks Ferstappen Red Bull 1:38.736 + 0:01.185 131
4 11 Serxio Peres Force İndia 1:38.818 + 0:01.267 52
5 31 Esteban Okon Force İndia 1:39.148 + 0:01.597 72
6 55 Karlos Sayns Renault 1:39.444 + 0:01.893 109
7 40 Robert Kubitsa Williams 1:39.485 + 0:01.934 28
8 2 Stoffel Vandorn McLaren 1:39.782 + 0:02.231 105
9 20 Kevin Maqnussen Haas 1:39.810 + 0:02.259 124
10 41 Sergey Sirotkin Williams 1:39.947 + 0:02.396 86
11 37 Şarl Lekler Sauber 1:40.666 + 0:03.115 149
12 47 Lando Norris McLaren 1:41.714 + 0:04.163 118
13 28 Brendon Hartli Toro Rosso 1:43.345 + 0:05.794 61
14 10 Pyer Qasli Toro Rosso 1:44.827 + 0:07.276 63
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*