C.Batton: “Formula1-də yarışmaq istəmirəm”

Censon Battonun McLaren-lə 2018-ci il üçün müqaviləsi olsa da, britaniyalı bildirib ki, bu həftəsonu çıxacağı Əbu Dabi yarışı böyük ehtimalla onun Formula1 karyerasındakı son yarış olacaq.

F-1.az xatırladır ki, 36 yaşlı sürücü Formula1 karyerasına birillik fasilə verərək, yerini Vandorna verib. Battonun 2018-ci ildə Formula1-ə qayıtmaq ehtimalı olsa da, britaniyalı buna əmin deyil: “Əbu Dabi yarışına son yarışım düşüncəsi ilə çıxacam. Hazırda ən düzgün yol budur. Bundan sonra Formula1-də yarışmaq istəmirəm. Fikrim dəyişməyəcək. Ümid edirəm ki, hamı mənim kimi düşünər. Bunun son olmayacağını düşünmək istəmirəm. Son yarışım olacaq. 2018-ci il üçün müqavilım olsa da, yarışacağımı zənn etmirəm. Bu müqaviləni imzalamaqda məqsəd o idi ki, qərar verdikdən 3 ay sonra peşman olmayım. Bəlkə, Formula1-ə yenidən qayıtmaq istəyərdim, amma hazırda belə fikrim yoxdur. Bu, mənim son yarışımdır.

Hazırda belə düşünürəm, amma kim bilir? Bəlkə, 6-7 ay sonra nəsə dəyişə bilər”.

Batton Formula1 karyerası ərzində 1 Dünya Çempionluğu, 15 yarış qələbəsi və 50 podium qazanıb.

36 yaşlı sürücü gələn il Ralli kross və ya Super GT kimi seriyalarda yarışmaq fikrini dəyərləndirir. Batton 17 illik Formula1 karyerasında qazandığı uğurlarla fəxr etdiyini deyib: “8 yaşımdan indiyə qədər uzun səyahət oldu. Avtoidmanda uzun illərdir mübarizə aparıram. Formula1-dən əvvəl də burada olmaq üçün çox çalışdım. Formula1-ə çox böyük xəyallarla gəlirsiniz. Ümid edirəm ki, idmandan çoxlu xatirələrlə ayrılaram.

17 ildir ki, bu işi görürəm və Formula1-də yarışıram. Çoxlu xatirəm və həyatımı dəyişdirən xatirələrim var. Çempion kimi ayrıldığım üçün özümü yaxşı hiss edirəm.

Uşaq olanda xəyalını qurduğum iki komandada – Williams və Mclaren-də yarışdım. Çempionluğu isə müstəqil komandada qazandım. O da xüsusi idi. Hazırda bütün xatirələrimi danışa bilmərəm. Formula1-dəki uğurlarıma görə sevincli ayrılıram. Artıq normal həyata başlayıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*