Pirelli yağış təkərlərinin üzərində işləyəcək

Barselonada keçirilən testlərin son günündə trası süni formada sulayan Pirelli şirkəti yeni yağış təkərlərini daha yaxşı vəziyyətə gətirmək üçün əlindən gələni edir.

F-1.az xatırladır ki, yağış təkərlərinin süni suvarma sistemi olan Pol Rikar trasında test edilməsi məsləhət görülmüşdü. Amma Barselonadakı testlərin son günündə su maşınları ilə tras sulansa da, günəşin təsiri ilə tras vaxtından əvvəl quruyub və Pirelli yağış təkərlərini lazımi qədər test edə bilməyib.

Bu barədə Pirelli Motorsport-un rəhbəri Pol Hembri danışıb: “Fyoranoda da var idi. Amma Barselonadakı testlərdə fərqli şərtlərlə üzləşdik. Köhnə texnologiyalı sulama maşınları ilə trası islatmalı olduq. Trasdakı şərait davamlı dəyişirdi. Amma təkərlər gec qızırdılar. Bununla bağlı araşdırmalara davam edəcəyik”.

Kimi Rəykkönen yağış təkərləri barədə bunları deyib: “Nəsə demək çətindir. Tras yağışlı havadakı kimi yaş deyildi. Bu şəraiti yaratmaq onlara asan olmadı. Yağış təkərlərini tam test etmədən heç nə deyə bilmərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*