Ş.Lekler: Transformasiya prossesi yeni başlayır

Mayamidə monakolu sürücüdən Frederik Vassyör komandaya qoşulduqdan sonra nələrin dəyişdiyini soruşublar...

F-1.az xəbər verir ki, Şarl cavabında dəyişikliklərin hələ indi başladığını, Vassyörün planlarına inandığını bildirib.

Şarl Lekler: “Əslində transformasiya prosesi yeni başlayır. İndiyə qədər o, gələcəkdə lazımi dəyişiklikləri etmək üçün vəziyyəti mümkün qədər tez təhlil etməyə çalışmışdı. Bu işlərin çoxu hələ qarşıdadır.

Təbii ki, Frederiklə çox danışıram, onun komanda üçün orta və uzunmüddətli planlarının nə olduğunu bilirəm. Mən onu tam dəstəkləyirəm və tam etibar edirəm. Əminəm ki, biz düzgün istiqamətdə gedirik. Mən bu dəyişikliklərin nəticələrini səbirsizliklə gözləyirəm. Gözləyək və nəticələri görək.

İstənilən idman növündə elə olur ki, bir komanda hansısa dövrdə digərlərindən daha yaxşı çıxış edir. İndi bu rolda Red Bull-dur. Onlarla aramızdakı fərqi aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Hesab edirəm ki, təsnifat mərhələsində sürətli dövrədə onlarla mübarizə apara biləcəyik, lakin yarış məsafəsində bu, hələ də asan deyil”.

Xatırladaq ki, Ferrari mövsümə yaxşı başlamayıb. Geridə qalan 4 yarışda qələbə qazanmayan komanda yalnız bir dəfə – keçən həftə məhz Leklerlə podiuma yüksələ bilib.

Hətta Azərbaycan Qran Prisi ərəfəsində və ondan əvvəl Şarlın zəif nəticələrə görə komandadan gedə biləcəyi də danışılırdı. Lakin sürücü özü bunu Bakıda təkzib edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*