F.Vassyör: “Biz sıfırdan yeni maşın hazırlamışıq”

Alfa Romeo-nun ötən ilki nəticələri gözləntilərə uyğun olmamışdı.

Ona görə də komanda uğursuz maşını təkmilləşdirmək əvəzinə, tam yeni maşın düzəltmək qərarına gəlib. F-1.az bildirir ki, bunu Alfa Romeo-nun başçısı Frederik Vassyör açıqlayıb…

“Biz tamamilə yeni maşın düzəltdik. Nəticənin necə olacağına baxacağıq, lakin hesab edirəm ki, bizim qarşıdan gələn mövsüm üçün yaxşı əsasımız var. Ötən mövsümün təcrübəsi bu il daha çox şey əldə etməyə imkan verəcək. Biz uğursuz çıxışa nəyin səbəb olduğunu dəqiq bilirik”, – deyə Vassyör bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*