F.Vassyör: İnkişaf etməliyik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, SF-23-ü təkmilləşdirməlidirlər.

F-1.az xatırladır ki, “qırmızılar” Mayamidə yarış tempində çox zəif görünüblər və trasda Mercedes sürücülərinə keçiliblər. Karlos Sayns 3-cü başladığı yarışı 5-ci, Lekler isə 7-ci başladığı yarışı elə 7-ci yerdə bitirib.

Frederik Vassyör: “Görüləcək çox işimizi var və buna şübhə yoxdur. Həftəsonuna dair bütün nəticələri analiz etməliyik, amma müsbət tərəflər var. Şənbə günü hər şeyi bir araya gətirə bilməsək də, bolidimiz sıralanma tempində güclüdür.

Yarış bizim üçün daha çətin idi. Yarış ərzində bolid bir az balanssız idi. Sürücülərimiz əllərindən gələni etsələr də, olmadı. Deyəsən bunun təkərlərlə əlaqəsi var və bu mövzuda addımlar atmalıyıq.

SF23-ün sıralanam tempi ilə yarış tempi arasındakı fərqi bu yarışda gördük. Karlos və Şarl maşını sürməkdə çətinlik çəkdi. Bu da nəticəyə əks olundu.

Karlos ilk pitə qədər rəqabətədavamlı idi, amma Hard təkərlərə keçdikdən sonra tempi düşdü. Şarl isə Medium təkərlərlə gedərkən bir az problem yaşadı. Sonra tempi yaxşı idi.

Artıq növbəti yarışlar barədə düşünürük və İmoladakı sonrakı yarışda daha yaxşı nəticə üçün bolidi təkmilləşdirəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*