F.Vassyör Leklerlə işlədiyi üçün sevinir

Alfa Romeo Sauber komandasının rəhbəri Fredefik Vassyör bildirib ki, Şarl Leklerlə işlədiyi üçün sevinclidir.

F-1.az xatırladır ki, monakolu sürücü keçən il Formula2-də hegemonluq edərək çempion olduqdan sonra bu il Sauber komandası ilə Formula1-də debüt edəcək.

Frederik Vassyör: “Şarlı kartinq vaxtlarından tanıyıram. O, ilk sürücüdür ki, onunla həm aşağı seriyalarda, həm də Formula1-də bir işləyəcəm. Buna görə sevincliyəm. İndiyə kimi heç bir məlumat toplantısını qaçırmadı. Toplantı bitən kimi bəziləri otelə qayıdır, amma Şarl qalıb suallar verir. 20 ildir gənc sürücülərlə işləyirəm və 2019-cu ildə Sauber-in gənc sürücü proqramını qurmaq istəyirəm. Ancaq bunun üçün Şarl kimi potensiallı adamlara ehtiyacım var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*