Frederik Vassyör: Bakıdakı mərhələ xüsusi çağırışdır

Ferrari komandası Bakıda heç vaxt qalib gəlməyib, amma Lyuis Həmilton 2018-ci ildə Mercedes-in sükanı arxasında bu yarışı qazanıb…

Frederik Vassyör: “Son yarışlarda bizim maşın kifayət qədər rəqabətədavamlı olub, onun potensialını reallaşdırmaq üçün bütün uik-end ərzində uzlaşmış şəkildə işləməyin nə qədər vacib olduğuna bir daha əmin olmuşuq.

Bakı mərhələsi tamamilə xüsusi çağırışdır, burada maşına inam və pilotajın keyfiyyəti həlledici rol oynayır. Bundan başqa, bu trasda uik-endin gedişinə çoxlu gözlənilməz amil müdaxilə edə bilər, buna görə də işə köklənmək, istənilən vəziyyətə uyğunlaşmaq və hər fürsətdən maksimum yararlanmaq vacibdir”.