F.Vassyör: Mercedes özünə gələcək

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Mercedes tezliklə özünə gələcək.

F-1.az xatırıladır ki, Mercedes mövsümün ilk yarışında zəif təsir bağışlayıb və yarışı 5 və 7-ci yerlərdə bitirib.

Frederik Vassyör: “Bu hələ ilk yarışdır və bir söz demək üçün çox tezdir. Mercedes tezliklə özünə gələcək. Gələn həftə nə olacaq bilmirik. Növbəti yarış Ciddədə fərqli asfaltda fərqli sıralanma ola bilər. Görək nə baş verəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*