R.Braun: “Ferrari-ni razı salmaq çətin olacaq”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Ferrari-ni itirmək istəmirlər.

F-1.az xatırladır ki, Ferrari komandası 2021-ci ildə tətbiq ediləcək mühərrik reqlamentindən narazıdır və buna görə də idmanı tərk etmək barədə düşünür.

Ross Braun: “Ferrari ilə 10 il işlədim və hələ də qəlbimdə böyük yerləri var. Onlar idmanın əfsanəsidirlər və onları Formula1-də saxlamaq üçün həll yolu tapmalıyıq. Formula1 Ferrari yarışdığı halda xüsusi olacaq. Məqsədimiz Ferrari-yə qarşı obyektiv olmaqdır və bu, Ferrari-yə də aiddir. Onların qərarlara veto qoymaq səlahiyyətləri olsa da, bundan istifadə etməyiblər.

MotoGP bizə nisbətən 30 saniyə yavaşdır, amma sürətli görünürlər. Bizim də bolidlərimiz gözəl olsa və rəqabət artsa, heç kim maşınların 10 saniyə yavaşladığını hiss etməz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*