R.Braun: “Sürətli dövrə yarışa rəng qatdı”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, sürətli dövrəyə görə bir xalın verilməsi yarışa rəng qatıb.

F-1.az xatırladır ki, bu ildən etibarən yarışı onluqda bitirən sürücülər sürətli dövrə vuracaqları halda, əlavə bir xal qazanacaqlar. Mövsümün ilk yarışı Avstraliyada sürətli dövrə uğrunda Ferstappenlə Bottas mübarizə aparsalar da, finlandiyalı sürücü yarışda ən yaxşı zaman nəticəsini göstərərək, aktivinə əlavə bir xal yazmışdı.

Ross Braun: “Avstraliyada podium yarışın ortasından müəyyənləşmişdi. Amma əlavə bir xal üçün son dövrələrə qədər həyəcan davam etdi. Bu ideyanı irəli sürəndə istədiyimiz də bu idi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*