Red Bull komandası Bakı yarışına görə narahatdır

Monako Qran Prisində mükəmməl tempi olan və Rikkardo ilə podium qazanan Red Bull komandası növbəti 3 yarışa görə narahatdır.

F-1.az xatırladır ki, növbəti 3 yarış Kanada, Azərbaycan və Avstriyada baş tutacaq. Hər 3 tras da düzlüklərdən boldur və buna görə də Renault mühərriyinin performansı çox vacib olacaq.

Kristian Horner: “Artıq bolidi başa düşməyə başlayırıq. Daha yaxşı inkişaf edirik və performansımız artıb. Amma növbəti 3 yarış bizim üçün çətin keçəcək. Monakoya nisbətən fərqli traslarda yarışacağıq və uzun düzlüklər bizə çətinlik yaradacaq. Builki ən çətin yarış isə sözsüz ki, Monrealda olacaq. Mühərrik gücünün ön plana çıxdığı bu trasda necə performans göstərəcəyimizi bilmirəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*