19 Noyabr 2019, Çərşənbə axşamı - 22:42

Avstriya-2017: Üçüncü stüard – Mika Salo

Avstriya-2017: Üçüncü stüard – Mika Salo

Müəllif: Elçin Zodorov, redaktor

18:14 - 05 İyul, 2017

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Şpilberqdə baş tutacaq Avstriya Qran Prisində stüardlara Mika Salo kömək edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, Avstriya Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Salodan başqa, Barbados Avtomobil Federasiyasının Prezidenti Andre Mallalyö və Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayer iştirak edəcəklər.

Qeyd edək ki, Salo cari mövsümdə Çin və Rusiya Qran Prilərinə də stüard kimi dəvət olunmuşdu…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 229
Teqlər , , , , ,
Paylaş

logo